Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / İcra başçısı AXCP sədrinin qohumu çıxdı

İcra başçısı AXCP sədrinin qohumu çıxdı

Vidadi İsayevin qaynı İlqar Bünyatovun hakimiyyəti sərt tənqid etməsinin səbəbi kimi bu münasibətləri göstərirlər

Ötən günlərdə xəbər vermişdik ki, Bərdənin icra başçısı Vidadi İsayev ciddi problemlə üzləşib. JAM.AZ-a daxil olan məlumatda vurğulanırdı ki, həmin problemə səbəb icra başçısının qaynının hakimiyyət əleyhinə çıxışlar etməsi və daha çox müxalifətçi kimi davranmasıdır.

Bundan əlavə, məlumatda sözügedən şəxsin Heydər Əliyevin əleyhinə danışdığı da iddia olunurdu. Və indiki hakimiyyətə qarşı aqressiyanın belə bir həddə olmasının səbəbləri məlum deyildi.

JAM.AZ-a məlumat verən Bərdə sakinləri həmin səbəbi üzə çıxarıblar. Onlar bildirirlər ki, Vidadi İsayevin qaynı İlqar Bünyatov hal hazırda Rabitə və Yüksək Texnologiyalar nazirinin Kürdəmir və Zərdab rayonları üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində çalışır. «Vaxtıyla işlədiyi Pambıq Zavodunda oğurluq hadisəsinə görə 2 il həbs yatıb. Sonradan yeznəsinin sayəsində hər şey həllini tapıb və bu gün heç də kiçik olmayan vəzifədə çalışır».

Məlumatı verən şəxslər qeyd edirlər ki, indiki hakimiyyətin dövründə hər şeyi qazanan İlqar Bünyatov, əlinə fürsət düşən kimi, iqtidarı elə tənqid edir ki, kənardan baxanlar məəttəl qalırlar. «İlqar Bünyatov AXCP sədri Əli Kərimlinin həyat yoldaşının qohumudur. Bunu heç özü də inkar etmir. Görünür, hakimiyyətə qarşı olan aqressiyasının səbəbi də oradan qaynaqlanır. Yəni, qohumlarına qarşı edilən haqsızlıqlara görə, hakimiyyəti tənqid etməkdən çəkinmir».

Qeyd edək ki, Bərdənin icra başçısı Vidadi İsayevin qaynına görə problem yaşayacağı şübhəsizdir.

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …

Bir cavab yazın