Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İcra başçıları ilə bağlı həbs planı: Kimlər həbs olunacaq?

İcra başçıları ilə bağlı həbs planı: Kimlər həbs olunacaq?

 

İcra Hakimiyyətlərində yoxlamaların başlaması barədə xəbərlər yayılıb. Bildirilir ki, rayonlarda aparılan təmir-tikinti işləri altında milyonlarla pul mənimsənilib.
 Bu barədə “Bizim Yol” qəzeti məlumat verib. Satınalmalar üzrə Dövlət Agentliyinin baza məlumatları əsasında ötən il “abadlaşdırma” adı altında görülən işlər təhlil olunub.
Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin paytaxtın prospekt, küçə, səkilər, həyətlər, park və bağlarda yenidənqurma, təmir-abadlıq, məhəllədaxili yollar və həyətlərdə asfalt örtüyünün təmiri işlərini “Az-İnşaat” MMC-dən 24404805 manata satın aldığı qeyd olunur.
Agentliyin baza məlumatlarına güvənsək, Bakı şəhəri Yasamal, Nəsimi, Səbayel, Nərimanov, Suraxanı, Xətai rayon icra hakimiyyətlərinin hər biri 350000, Xəzər rayon İH MKTB 300000 manatlıq abadlıq işinə tender keçirib.
Hamısını da “Dizayn Construction” MMC adlı bir şirkət qazanıb. Belə bir şirkətin adı cəmiyyət üçün çox da tanış deyil.
Bu baxımdan bəzi ekspertlər hesab edirlər ki, “Dizayn Construction” MMC adı altında milyonlarla vəsait mənbəyi bəlli olmadan yoxa çıxır. 50-dən çox rayonda aparılan araşdırmalarda külli-miqdarda yeyinti halları aşkar olunub.
Onu da qeyd edək ki, “pul yeyintisi” Azərbaycan üçün tanış ənənədir. Xüsusilə də, icra hakimiyyətlərində bu iş daha asan həyata keçirilir. Belə ki, hər hansı bir təmir-tikinti işinə xərclənən məbləğdən artıq hesabat verilir.
Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev musavat.com-a açıqlamasında belə halların şahidi olmadığını söylədi: “Bizim rayonda poliuretan üzlüklərlə üzlənmiş binaların olmadığı məlumdur. Qeyd olunan şirkətlə heç bir müqaviləmiz yoxdur. Ümumiyyətlə, biz o şirkət haqqında məlum hadisələrdən sonra məlumat əldə etdik. Bu vaxtlarda Nizami rayon İcra Hakimiyyətinə nə vəsait ayrılıb, nə də başqa yerlərə pul xərcləmişik. Təmir-tikinti işləri ilə bağlı da heç bir vəsait ayrılmayıb. Təbii ki, bunlara görə də bizdə heç bir yoxlama yoxdur. Yoxlama o yerdə aparılır ki, nəsə bir iş görülsün”.
Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov bu barədə parlamentdə hesabat verildiyini qeyd etdi: “Hesablama Palatası Milli Məclisə hesabat verir. 2014-cü ildə 5-6 rayon yoxlanıldı. Bu barədə bizə ətraflı məlumat verildi. Müəyyən qanun pozuntuları var. Bunlar Hesablama Palatasının hesabatında öz əksini tapıb. Əlbəttə, belə pozuntuların olduğunu inkar etməz olmaz. Bunun qarşısını almaq üçün Maliyyə Nazirliyinin aidiyyatı orqanı var. Mütəmadi olaraq, belə hallar aradan qaldırılmalıdır. Ümumiyyətlə, icra hakimiyyətlərinin işlərində şəffaflıq artmalıdır. Prezidentin qeyd etdiyi kimi, bələdiyyələr yalnız onlar üçün möhür vurmaqla məşğuldurlar. Bələdiyyələrin statusuna yenidən baxmaq, onların statusunu artırmaq lazımdır. Yəqin ki, problemlər öz həllini yaxın zamanlarda tapacaq. Bir vaxtlar var idi ki, Azərbaycanın dövlət büdcəsindən bütün rayonlara dotasiya verilirdi. İndi də verilir. Amma indi faktiki olaraq, altı rayon bundan azaddır. Azərbaycan dövləti, Maliyyə Nazirliyi rayonların qabağında məsələ qoyub ki, dotasiyadan qurtulmaq lazımdır. Rayonlar özü-özünü təmin etməlidir. Çox ciddi məsələdir. Yeyintilər var. Bunlar aşkar olunur. Hesablama Palatasının rəylərində bunu görürük. Bunun qarşısını almağın yeganə yolu nəzarət mexanizmini gücləndirmək, şəffaflığı artırmaq, vətəndaş cəmiyyətlərini buna cəlb etməkdir”.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın