Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / İcma sədrinə sərt ittiham: “Tural Gəncəliyev üçün heç kəs maraqlı deyil”

İcma sədrinə sərt ittiham: “Tural Gəncəliyev üçün heç kəs maraqlı deyil”

Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandı. Düşmən tapdağından 30 il sonra azad olunmuş torpaqlarımızda yenidənqurma işləri davam edir.

Bəs Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin həmin ərazilərlə bağlı planı nədir?

Bu barədə modern.az-a “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva danışıb. O qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevə  çox müraciət ünvanlayıblar. Amma icma sədri edilən müraciətlərin heç birinə cavab verməyib: “İcmanın sədri bizimlə ən azı onlayn iclas etməli, planlarından danışmalı idi. Sədr üçün heç kəs maraqlı deyil. Zəng etdiyimiz zaman isə köməkçisi telefona cavab verir və hər şeyin öz vaxtı olduğunu bildirir. Biz onu Xankəndinin millət vəkili kimi torpaq uğrunda şəhid olan əsgərlərimizin ailələrini ziyarət etdiyini görmədik”. X.Vəliyevanın sözlərinə görə, icmanın sədri kimi onun heç bir planı yoxdur.

QHT XEBER-PRINT

Xatirə Vəliyeva 

Bundan əvvəl də T.Gəncəliyeva rəhbərlik etdiyi birliklərlə bağlı ittihamlar vardı.  “Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri arasında 2-3 nəfərdən savayı əslən bu regiondan olanlar yoxdur”. Bu fikirləri müddət əvvəl əslən Xocalıdan olan tanınmış publisist Səriyyə Müslümqızı bildirib.(konkret.az)

“Görəsən, Tural Gəncəliyevin məqsədi nədir? Axı cənab Prezident DQ İcmasında əslən DQ -dən olanların vacibliyini əsas götürüb. Hətta DQ İcmasında işğal olunmayan rayonlardan olanlar da çalışır, ayda 1200 AZN məbacib alır, İcma sədri ilə xaricə səfər edir. Ətək-ətək ayrılan layihələrdə kimlər çalışır və bu pullar hara gedir? Bu layihələrə ayrılan vəsaitlə əslən Dağlıq Qarabağdan olan gənclərimiz ingilis dili kurslarına niyə cəlb olunmur? Tural Cəncəliyevə dəfələrlə müraciət edib əslən DQ-dən olan gənclərimizin kurslara göndərilməsini xahiş etmişəm. Təəssüf ki, icma sədri öz bildiyini edir”. 

Tural Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub.

Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub.

Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 5 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.

2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı səfirliyinə ezam edilib. Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb. 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilib. 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.

2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb. Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. (Almaniya, Bolqarıstan, Misir və s.). İngilis, fransız və rus dillərini bilir. Ailəlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının 20 dekabr tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilib.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …