Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İçkili maşın sürənlərin cəzası yüngülləşdi

İçkili maşın sürənlərin cəzası yüngülləşdi

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə sərxoş halda avtomobil idarə edənlərə qarşı cərimələr yüngülləşdirilib.

“ Azinforum.az ” xezerxeber.com-a istinadən xəbər verir ki, köhnə məcəllə ilə sərxoş sürücü hər hansı kobud qayda pozuntusu törətdikdə ona 400 manatdan 500 manata kimi cərimə tətbiq edilməklə sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılırdı.

İndi isə eyni pozuntunu törədən sürücü ya 400 manat və 5 balla cərimə olunacaq, ya da sürücülük hüququ məhdudlaşdırılacaq.

Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi avtomobili sərxoş idarə edənlərin cəriməsini yüngülləşdirib.

Sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər. Bu dəyişiklik əksər sürücülərin narazılığına səbəb olub.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın