Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / İcbari sığortasız avtomobilin idarə edilməsinə görə cərimə artırıla bilər

İcbari sığortasız avtomobilin idarə edilməsinə görə cərimə artırıla bilər

 

“Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimələrin 10 manatdan 50 manata qaldırılması nəticəsində müsbət nəticələr əldə olunub”.
“APA-Economics” xəbəri verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan  Quliyev deyib.
“Ötən il biz bu təklifi Milli Məclisə təqdim edəndə, təklifimiz çox müsbət qarşılandı. Nəticələr də göz qarşısındadır. Cari ilin altı ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 14%, sığorta haqlarının məbləği isə 20% artıb. Düzdür, KASKO sığortasında azalma müşahidə olunur. Gördüyünüz kimi, inzibati üsullar öz bəhrəsini verir”, – deyə E. Quliyev bildirib.
İSB rəhbəri bildirib ki, hələlik cərimələrin artırılması ilə bağlı Milli Məclisə heç bir təklif verilməsə də, payızda qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülə bilər. “Qazaxıstana nəzər salsaq, orada bu cür cərimələrin məbləği 200 dollardır”, – deyə o qeyd edib.

 

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …

Bir cavab yazın