Ana səhifə / Siyasət / İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması – Təhqirlərlə dolu təhdid… Fotofakt (18+)

İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması – Təhqirlərlə dolu təhdid… Fotofakt (18+)

“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən dəyəri 335 min manat iki mənzilinin mənimsəndiyini bildirən iş adamı Elşad Məmmədov sensasion iddia ilə çıxış edib.

Avropa.info-ya açıqlama verən Elşad Məmmədov hazırda Avropada yaşadığını və Hacı İbrahim Nehrəmlinin kiçik qardaşı , ATV -nin keçmiş vitse prezidenti Natiq İbrahim tərəfindən hədələndiyini bildirib.

Elşad Məmmədov Natiq İbrahimin Facebook vasitəsi ilə ona hədə mesajları göndərdiyini və məsələylə əlaqədar Daxili İşlər naziri Ramil Usubova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edəcəyini deyib.

Elşad Məmmədov Natiq İbrahimlə aralarında olan yazışmanın skrenşotunu da Avropa.info-ya göndərib.

Həmin yazışmadakı təhqiramiz ifadələrə görə, oxuculardan üzr istıyirik.

Qeyd edək ki, Elşad Məmmədov Hacı İbrahim Nehrəmliyə məxsus “Həsən 96” şirkətindən ümummi dəyəri 335 min manat olan iki mənzil alıb. Lakin, həmin mənzillərə sahiblənə bilməyib. Dəfələrlə məhkəmə prosesləri olsa da, iş adamı mənzillərini İbrahim Nehrəmlidən ala bilməyib.

Xatırladaq ki, Hacı İbrahim Nehrəmlinin kredit borclarına görə müflis olduğy deyilir. Onun “Bandotdel” tərəfindən həbs edildiyi və hazırda həbsdə olduğu bildirilir. Dünən açıqlama verən İbrahim Nehrəmlinin qardaşı Natiq İbrahim isə bu məsələlərə qarışmadığını demişdi.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması
İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması
İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması
İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması
İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın