Ana səhifə / Siyasət / “İbrahim Mehdiyev 54 ağacın kökündən qopaldılmasından xəbərdar idi” – POLİTİLOQ

“İbrahim Mehdiyev 54 ağacın kökündən qopaldılmasından xəbərdar idi” – POLİTİLOQ

Mən tam əminəm ki, Yasamal icra hakimi İbrahim Mehdiyev prezidentin etirazına səbəb olan həmin 54 ağacın kökündən qopaldılmasından xəbərdar idi. “Ovçular evi” ilə Yasamal İcra Hakimiyyətinin binası arasında cəmi 30-40 metrlik məsafə var. Ağac qətliamını sürətlə həyata keçiriblər. Bir neçə gün əvvəl bu haqda məsələ gündəmə gələndə icra hakiminin müavinlərindən biri yalandan demişdi ki, “Ovçular evi”nin ətrafında ağac yoxdur. Bu açıqlamanı ona görə vermişdilər ki, əlbir olduqları işbazlar ağacları rahat kəsib tikintiyə başlasınlar.
Prezidentin bugünkü bəyanatı olmasaydı, belə də olacaqdı. Ancaq məsələ hələ bitməyib. Yenə də təkrar edirəm “Ovçular evi”nin yeri bahalı torpaq sahəsidir, şəhərin hündür yerlərindəndir və tikinti üçün böyük pullar (oxu: rüşvət) verilib. İndi prezidentin təlimatıyla tikinti dayandırıldıqdan sonra iki variant qalır: ya verilən pullar geri qaytarılmalıdır, ya da həmin tikinti şirkətinə başqa ərazi verilməlidir. Adətən rüşvəti alan onu geri qaytarmır, ancaq rüşvəti verən də pulundan imtina edən deyil. Hazırda tərəflər qapalı otaqlarda gələcək “sövdələşmənin” detallarını müzakirə edirlər.

Elxan ŞAHİNOĞLU

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın