Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Siyasət / İbrahim İbrahimli beyin xərçənginə tutulub

İbrahim İbrahimli beyin xərçənginə tutulub

Milli Şuranın üzvü, keçmiş deputat İbrahim İbrahimli ağır xəstəliyə tutulub.

Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, İbrahim İbrahimli MRT müayinəsindən keçibn. Ona qoyulan diaqnozdan məlum olub ki, İbrahim İbrahimlinin beynində şiş əmələ gəlib və bunun nəticəsində beyin qan dövranının pozulub. Bu həm də İbrahim bəyin hərəkət etməsini çətinləşdirib.

Sabiq deputat İbrahim İbrahimli uzun illər Müsavat Partiyasının ən nüfuzlu şəxslərindən biri olub. O, 2015-ci ildə Müsavatdan istefa verəndən sonra Milli Şuranın üzvü kimi siyasi fəaliyyət göstərir.

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Buradan “ağıllı” Ağdama qayıtmaq arzusu ilə ayrılırıq”

“Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatıb”. Bunu Azərbaycan Respublikası …