Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Hüseynbala Mirələmovun yanına heç kimi buraxmırlar

Hüseynbala Mirələmovun yanına heç kimi buraxmırlar

Milli Məclisin deputatı Hüseynbala Mirələmov insult keçirib. Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır.

Hüseynbala Mirələmovun yaxın dostlarından olan deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında onun səhhəti ilə bağlı son məlumatı verib: “Hüseynbala Mirələmov birinci gün xəstəxanadan çıxmalıdır. Səhhətində elə ciddi problem yoxdur. Hüseynbala müəllim reanimasiyada olduğundan heç kimi yanına buraxmırlar. Hər dəqiqə həkimlərlə əlaqə saxlayıb durumu ilə maraqlanıram. Səhiyyə Nazirliyinin müavini Hüseynbala müəllimin səhhətini diqqətdə saxlayır”.

Hadı Rəcəbli Hüseynbala Mirələmovun halının pisləşməsinin çox yeməklə əlaqələndirilməsinə də aydınlıq gətirib.
“Hüseynbala Mirələmov bir neçə gün idi ki, oruc tuturdu. Deyirlər ki, çox yediyindən halı pisləşib. Əgər Hüseynbala müəllim yemək həvəskarıdırsa, niyə oruc tuturdu?! Yayılan xəbərlər doğru deyil. Həm yaş baxımından, həm də gərgin işlədiyindən səhhətində kiçik problem yaranıb. İndi hər şey qaydasındadır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın