Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Hulusi Kılıç: Qarabağ uğrunda şəhid olmağa hazıram

Hulusi Kılıç: Qarabağ uğrunda şəhid olmağa hazıram

Azərbaycan mənim ikinci vətənimdir. Qarabağ üçün şəhid olmağa hazıram. 

“Milliyet” qəzeti xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycanı Respublika günü münasibətilə təbrik edən sabiq səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib və deyib ki, Ermənistan-Türkiyə sərhədini Azərbaycana görə bağlayıblar:

“Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Kılıç həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib:

“Mən Azərbaycanda beş ilə yaxın səfir vəzifəsində çalışdım, Azərbaycanın dövlət ordeni ilə təltif olunan ilk xarici səfirəm. O baxımdan, mənim üçün Azərbaycan bir vətəndir, candır, mənim ikinci vətənimdir.

Qarabağ üçün şəhid olmağa hazır olduğumu kameralar önündə söyləmişəm”. (Oxu.az)

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …