Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “Hökumət erməni xalqına qarşı bağışlanmaz cinayət törətdi” – Ter-Petrosyan

“Hökumət erməni xalqına qarşı bağışlanmaz cinayət törətdi” – Ter-Petrosyan

Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət bütün erməni xalqına qarşı bağışlanmaz cinayət törətməklə Qarabağ və Ermənistanı hansı fəlakətə düçar etdiyini hələ başa düşməyib.

Bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqres partiyası açıqlama yayıb.

“Eyni zamanda bəyanat hökumətin daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və əslində qarşıdurmanı kəskinləşdirmək istiqamətində addım atdığını açıq şəkildə göstərir. Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”, – Petrosyanın partiyası bəyan edib.

Xatırladaq ki, dünən İrəvanda baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı parlamentin növbədənkənar iclasının çağırılması və Dağlıq Qarabağa dair əldə edilmiş son razılaşmanın əleyhinə mitinq keçirilib. Lakin kvorum olmaması səbəbindən icas baş tutmayıb.

Daha sonra hakim “Mənim addımım” fraksiyası Ermənistandakı daxili siyasi vəziyyəti və cəbhədəki hərbi durumu pozmağa yönəlmiş heç bir iclasda iştirak etmək fikrində olmadıqlarını açıqlayıb. Azvision.az

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …