Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Hilal Əsədov və Nizaməddin Həmidov niyə işdən çıxarılmayıb?

Hilal Əsədov və Nizaməddin Həmidov niyə işdən çıxarılmayıb?

“MTN işi” fonunda bu qurumun rəhbəri Eldar Mahmudovun vəzifədən azad edilməsi, xeyli sayda general və polkovnikin məsuliyyətə cəlb edilməsi bu gün də ictimai rəyi məşğul edən əsas məsələlərdən biridir. Cəmiyyətdə müzakirə predmeti olan digər bir məsələ isə sabiq MTN rəhbərliyinin demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin – Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.

Maraqlıdır, doğrudanmı adları çəkilən şəxslər rəhbəri olduqları qurumda baş verən saysız-hesabsız qanunsuzluqlardan xəbərsiz olub? Əgər belədirsə, o zaman bu amilin öü belə onların işdən azad edilməsi üçün yetərli deyilmi? Doğrudan da, bir MTN generalı ki, tabeçiliyində olan şəxslərin əməllərindən, idarəsində baş verən olaylardan xəbərsizdir, o, ölkə paytaxtı və ya respublikanın hansısa əyalətində hazırlanan terror olayından, hansısa sərhəddən hansısa casusun keçməsindən, kimin hansı dalanda kiminlə görüşdüyündən, hansı plan cızmasından necə xəbərdar ola bilər?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə eskpert İlham İsmayıl bu məsələdə tələskənliyə lüzum görmədiyini vurğuladı:

“Məsələ bundadır ki, “bu insanlar yüksək vəzifə tutduqları halda niyə nazirlikdə baş verənlərdən xəbərləri olmayıb”, “niyə bu barədə “yuxarılara” xəbər verməyiblər” kimi iddialar əsasında insanı işdən çıxartmaq mümkün deyil. Əgər əməllərində konkret olaraq cinayət varsa, o zaman həmin şəxslər işdən çıxarıla bilər. Əgər onlar tutduqları xidməti vəzifəyə uyğn deyillərsə, o zaman MTN-nin indii rəhbərliyi onları vəzifədən uzaqlaşdıra bilər. Bu şəxslərin niyə işdən çıxarılmadıqlarının səbəbini indiki rəhbərlik bilir. Niyə saxladıqlarının da səbəbini bilirlər. Görünür, bu vaxta qədər həmin şəxslərlə bağlı bir ittiham yoxdur.

Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Bu məsələlərdə tələskənliyə ehtiyac yoxdur. Bilmək olmaz ki, 5 gündən sonra MTN-də nə baş verəcək, kimlər işdən çıxarılacaq, kimlər işə qəbul olunacaq. Proseslər rəhbərliyin nəzarəti altındadır və hesab edirəm ki, bütün lazımi addımlar atılacaq”.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …

Bir cavab yazın