Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Hikmət Hacızadə: “Azərbaycana Tramp sərfdir, əleyhdarlarımıza qarşı sanksiyaları gücləndirir”

Hikmət Hacızadə: “Azərbaycana Tramp sərfdir, əleyhdarlarımıza qarşı sanksiyaları gücləndirir”

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd, keçmiş vitse-prezident Co Bayden rəqibini, respublikaçıların namizədi, hazırkı prezident Donald Trampı 5 faiz qabaqlayır. CNN telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, ölkə üzrə qeydə alınmış seçicilərin 51 faizi Baydeni dəstəkləyir. Trampın tərəfini 46 faiz seçici tutub.

Buna baxmayaraq, Trampın ABŞ-ın əsas və ən “mübahisəli” ştatlarında qələbə qazanmaq üçün böyük şansa sahib olduğu göstərilib. Statistikaya görə, keçmiş vitse-prezident qadınlar, qaradərililər və 45 yaşdan yuxarı sakinlər arasında daha populyardır. Hazırkı prezident isə ABŞ-ın orta gəlirli vətəndaşları və gəncləri arasında populyardır.

Bundan əlavə, respondentlərin əksəriyyəti Trampın iqtisadi islahatlarını rəqibindən daha yüksək qiymətləndirirlər (54 faiz – Tramp, 42 faiz – Bayden).

Lakin demokrat namizəd səhiyyə və koronavirusla mübarizə məsələsində irəli sürdüyü siyasətlə Ağ Evin liderini geridə qoyub.

ABŞ-da növbəti prezident seçkiləri 3 noyabrda baş tutacaq. Birləşmiş Ştatların vətəndaşları 46-cı prezidenti seçəcəklər. Ancaq onun kim olacağını proqnozlaşdırmaq çətindir. Bəzi mülahizələrə görə, Tramp koronavirusun badına gedir. ABŞ-da yaranmış iqtisadi şərait indiki prezidentin reytinqini aşağı salıb. 

Azərbaycan üçün hansı namizəd sərfəlidir, bununla bağlı fərqli yanaşmalar var. Baydenin qondarma erməni soyqırımını tanıyacağını anons etməsi heç də bizim üçün arzuolunan hal deyil. Konqresin “soyqırımı” tanıma qərarını Bayden imzalayacağı halda Türkiyə və Azərbaycan tərəfindən ciddi etirazlar olacağı da aydın məsələdir. Üstəlik, Trampın Azərbaycana münasibəti, onun prezidentliyi dövründə Bakı-Vaşinqton əlaqələri Obama dönəmi ilə müqayisədə daha yaxşı olub.

Trump lashes out at Biden as 'the weakest mentally' as both travel ...

Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Tramp bizə sərfəlidir: “O, aktiv xarici siyasət aparır və Azərbaycanın əleyhdarlarına qarşı sanksiyaları gücləndirir. Bu baxımdan Trampın yenidən prezident seçilməsi Azərbaycan üçün daha yaxşı olardı. Çünki demokratlar demokratiyadan danışırlar, heç nə etmirlər”.

H.Hacızadə hesab edir ki, Baydenin onu qabaqlamasında pandemiyanın təsiri ola bilər: “ABŞ-da işsizlərin sayı artıb. İnsanlarda narazılıq yaranıb. Onlar baş aça bilmirlər ki, virusun günahkarı kimdir, amma prezidentin problemləri həll etməli olduğunu hesab edirlər. Trampın populyarlığının azalmasına səbəb bu ola bilər. Amerikada həmişə demişəm ki, iş görən respublikaçılar olur, demokratlar da gəlib pulu xərcləyirlər. Amma hər şeyin Baydenin xeyrinə qurtaracağını söyləmək tezdir. Çünki virus bitəcək, işlər bərpa olacaq, Tramp iqtisadiyyatı qaldıra bilər”.

Politoloq Trampın İran və Çin siyasətinin düzgün olduğunu düşünür. O, Baydenin “genosid” vədlərinin normal olduğunu hesab edir: “Hər seçkilər ərəfəsində namizədlər səs toplamaq üçün müxtəlif bəyanatlar verirlər, ermənilərin səsini yığmaq üçün vədlər irəli sürürlər, sonra heç biri ”genosid” sözünü təsdiqləmir. Bu dəfə də eyni proses gedir. Əgər Tramp təzədən prezident seçilsə, qondarma soyqırımı tanımayacaq”.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən atəşkəslə bağlı daha bir açıqlama

Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi …