Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı paylaşım

Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı paylaşım

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında qeyd edib.

“Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına dair qeydlər apardılar.

Ziyarətdə iştirak edənlərə təşəkkür edirik”, – deyə Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, ötən gün diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil edilmişdi.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …