Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / Hikmət Hacıyev: “Orduya dəstək yürüşü olmasaydı…”

Hikmət Hacıyev: “Orduya dəstək yürüşü olmasaydı…”

“14 iyulda Qarabağın azad olunması ilə bağlı vətəndaşların həmrəyliyi qürurverici idi. Bütün ictimaiyyət gördü ki, Qarabağ məsələsində Azərbaycan cəmiyyətində vahid mövqe var”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, orduya dəstək yürüşü olmasaydı, bugünkü rəqəmlər daha aşağı olardı:
“Epidemioloqlar tərəfindən aidiyyəti araşdırma aparılır. Burada koronavirus daşıyıcısı olan insanların toplanması var idi. Ona görə vətəndaşlar kütləvi tədbirlərdən qaçmalıdırlar, karantin qaydalarına zidd olaraq yas mərasimlərinə getməməlidirlər”.
“Təcrübə göstərir ki, kütləvi yoluxma belə tədbirlər çərçivəsində olur”, – deyə H.Hacıyev qeyd edib.

Həmçinin oxuyun

Oqtay Şirəliyev və Ramin Bayramlıya vurulan əslində nədir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev …