Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Hikmət Hacıyev: “Ermənistanın xahişi ilə Kəlbəcəri 25 noyabrda, Ağdamı 20 noyabrda, Laçını 1 dekabrda qəbul edəcəyik”

Hikmət Hacıyev: “Ermənistanın xahişi ilə Kəlbəcəri 25 noyabrda, Ağdamı 20 noyabrda, Laçını 1 dekabrda qəbul edəcəyik”

Mətbuat konfransı başlayıb. Tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov iştirak edirlər.

H.Hacıyev xatırladıb ki, noybarın 10-da imzalanan üçtərəfli bəynatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub.

Onun sözlərinə görə, mürəkkəb təbii şəraiti, Kəlbəcərdən bir çıxışın və bir yolun olduğunu nəzərə alaraq, Ermənistan Rusiya və Azərbaycana müraciət edərək, mülki əhalinin və qoşunların yekun çıxarılmasının vaxtının noyabrın 25-dək uzadılmasını istəyib:  “Azərbaycan tərəfi humanizmdən çıxış edib, ermənilərin 25 noyabra qədər Kəlbəcərdən çıxarılması ilə bağlı qərar qəbul edilib”.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, erməni əhalisi və silahlı qüvvələri Kəlbəcəri dar bir dəhlizlə tərk edirlər. Çətinliklər yaranıb. Proses Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin nəzarəti altında həyata keçirilir.

General-mayor Hüseyn Mahmudov bildirib ki, Azərbaycan Ordusu Kəlbəcər rayonuna Göygöl rayonundan və Toğana kəndindən daxil olacaq.

Hikmət Hacıyev qeyd edib ki, Kəlbəcərdəki mülki obyektlər ərazini tərk edən ermənilər tərəfindən yandırılır: “Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi-mədəniyyət abidələrinə də zərər vurulur. Ağdam rayonunda da qanunsuz arxeloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır”.

General Hüseyn Mahmudov da təəssüflə bildirib ki, rməni işğalçıları bizim əraziləri tərk edərkən binaları, meşələri, öz postlarını yandırırlar: “Bu da onların əsl iç üzünü dünya içtimaiyyətinə bir daha açmaqdadır.

**14:28

Azərbaycan Prezidentinin köməkçisi,  Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov təcili mətbuat konfransı keçirirlər.

Mətbuat konfransı Bakı vaxtı ilə saat 14: 45-də başlayır.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …