“Mina terrorunun, xüsusilə dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında yazıb.
H.Hacıyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixindən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb.
