Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Hicran Hüseynova Elmar Məmmədyarovu müdafiə etdi – Cavabını aldı

Hicran Hüseynova Elmar Məmmədyarovu müdafiə etdi – Cavabını aldı

Milli Məclisin iclasında millət vəkili Hicran Hüseynova deputatların Xarici İşlər naziri Elmar Məmmədyarovu mətbuatda tənqid etməsinin yolverilməz olduğunu bildirib.

APA-nın məlumatına görə, H. Hüseynova müharibə şəraitində olan ölkənin Xarici İşlər nazirinin deputatlar tərəfindən tənqid edilməməsini istəyib.

Millət vəkili Fəzail Ağamalı isə deyib ki, Xarici İşlər nazirimiz daha cəsarətli olmalıdır: “Elmar Məmmədyarovun dişsiz bəyanatlarına reaksiya verənlərdən biri də mənəm. Deputatlar Milli Məclisin Daxili Nizamnaməsinə uyğun fikirlərini ifadə etməlidirlər. Torpaqları işğal altında olan ölkənin Xarici İşlər naziri daha radikal çıxış etməlidir”.

Millət vəkili Tahir Kərimli isə deputatların çıxışları ildə bağlı iradın yolverilməz olduğunu vurğulayıb.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …