Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Heydər Əsədov 3 milyonluq taxıl yalanına görə həbs olunmalıdır” – Tələb

“Heydər Əsədov 3 milyonluq taxıl yalanına görə həbs olunmalıdır” – Tələb

Məlum olduğu kimi, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyindən ötən ilki məlumatında isə qeyd olunurdu ki, avqust ayında artıq 2.8 milyon ton taxıl tədarük edilib. Həmin rəqəmə inansaq ötən il üçün ölkədə taxıl istehsalının Heydər Əsədovun səsləndirdiyi proqnoza tam uyğun olduğunu əminliklə demək olardı. 

Lakin Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının az qala hamısı idxal hesabına təmin edilir. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Bu qədər çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir.

2015-12-03-15-41-23hafiz-555.jpg (600×392)

Bu barədə fikirlərini mia.az-la bölüşən Müasit Müsavar Partiyasınım sədri deyib ki, Kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı səsləndirdiyi fikirlər artıq sübut olunmaqdadır. Onun sözlərinə görə, ölkə başçısı da artıq Heydər Əsədovun xəyanəti barədə məlumatlıdır: 

“Sonuncu müşavirədə Prezidentin taxılçılıqla bağlı məsələyə xüsusi önəm verməsi də onu göstərdi ki, artıq baş verənlərdən xəbərdardır. Mən deyəndə ki, fermerlərə ayrılan subsidiyalar sahiblərinə çatmır, nazirliyin nümayəndələri ilə icra hakimiyyətləri bu pulu yeyirlər, hərə bir təfərdə ağzını büzürdü. Artıq dediklərim öz təsdiqini tapır. İş o yerə çatıb ki, mətbuatda da bu barədə dəqiq məlumatlar gedir. Bildirilir ki, 3 milyon ton taxıl istehsalı barədə deyilənlər tamamilə şişirtmədir və Azərbaycanda heç bu qədər taxılı saxlamaq üçün anbar da yoxdur. İkincisi, ölkədə istehsal edilən taxıl ərzaq buğdası üçün standartlara o qədər də uyğun gəlmir və nəticədə un istehsalçıları idxal buğda ilə işləməyə üstünlük verirlər. Digər səbəb isə taxıl əkilən sahələrin təxminən 500 min hektarında sürətlə şoranlaşmanın getməsi, bunun isə məhsul istehsalına və keyfiyyətinə mənfi təsir göstərməsi ola bilər. Hər halda ötən il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan 600 milyon manata yaxın subsidiyanın əsas hissəsinin taxılçılığa yönəldildiyi və nəticənin bu cür ziddiyətli olduğu halda prezidentin məsələnin araşdırılması ilə bağlı qrupun yaradılması zəruridir.

Bilirsiniz, mən istəmirəm ki, ətrafındakılar əziz qardaşıma yalan danışsın. Baş verən bütün qanunsuzluqlar xalqın zərərinədir. Xalq narazı olanda isə hakimiyyətə qarşı çıxır. 

Bu məmurlar da çalışır ki, bütün narazılığı prezidentə qarşı yönəltsinlər. Ona görə də Heydər Əsədov yalan danışdığına görə cavab verməlidir. Düşünürəm ki, Heydər Əsədov 3 milyonluq taxıl yalanına görə həbs olunmalıdır. Bu cür sərt addımlar atılmalıdır ki, digər məmurlara da dərs olsun”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın