Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Heydər Əliyevin bağışladığı portret…” – TBMM sədrindən açıqlama

“Heydər Əliyevin bağışladığı portret…” – TBMM sədrindən açıqlama

Türkiyə Böyük Millət Məclisinin 15 iyul çevriliş cəhdi zamanı bombalanmasından sonra aparılan təmir və yenidənqurma işləri zamanı Atatürkün portretinin divardan götürülməsi narazılıqlara səbəb olub.
Moderator.az xəbər verir ki, yerli media Atatürkün portretinin yerinə Sultan II Abdülhamidin portretinin asılması ilə bağlı xəbərlər yayıb. Yayılan iddialara TBMM-in sədri İsmayıl Kahraman aydınlıq gətirib.
O bildirib ki, parlamentin müxalifət kulisində asılan, mərhum lider Heydər Əliyevin o zamanki məclis sədri Hüsamettin Cindoruka hədiyyə etdiyi Atatürk xalı portretinin çıxarılıb yerində Abdülhamidin portretinin asılması yalan xəbərdir və təxribat məqsədi daşıyır.
İsmayıl Kahraman Atatürk portretinin məclis spikerlərinə gələn hədiyyələrin sərgilənəcəyi müxalifət kulisinin girişindəki muzey olaraq istifadəyə veriləcək bölmədə divara asılacağını deyib.
Qeyd edək ki, daha əvvəl AKP-nin İdarə Əmiri Salim Uslu da təmirdən sonra Atatürk tablosunun əvvəlki yerinə asılmayacağını bildirmişdi: “Atatürkün Məclisdə yüzlərcə mülki geyimli rəsmi olduğu halda uniformalı rəsminin oraya asılması doğru deyil”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın