Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Heydər Əliyev olmasaydı, dünya xəritəsindən silinəcəkdik – DEPUTAT

Heydər Əliyev olmasaydı, dünya xəritəsindən silinəcəkdik – DEPUTAT

“Ulu öndər Azərbaycanı dünya xəritəsində silinməkdən, müstəqilliyimizi məhv olmaqdan qorudu. Azərbaycan xalqının müstəqil yaşaya bilməsi üçün lazım olan bütün addımları atdı”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Qeyd edib ki, Ulu öndər Azərbaycan xalqının həyatında misilsiz rol oynayıb:

“Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına istər birinci, istərsə də ikinci dövründəki rəhbərliyi xalqımızın dünya birliyində qürurlu bir millət kimi formalaşmasında böyük xidmətləri olub. Beynəlxalq Təşkilatlarda Azərbaycan bayrağının dalğalanaması məhz Ulu öndər Heydər Əliyevin qətiyyətli əməyinin nəticəsidir. Bizim üçün doğru yol xəritəsinin çizilməsində H. Əliyevin əvəzedilməz rolu vardır. Bu gün beynəlxalq tədbirlərdə Azərbaycan xalqı kimi təmsil olunuruqsa və bayrağımız dünya birliyində dalğalanırsa bu, H. Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir. Ulu öndər SSRİ dağıldıqdan sonra yox, məhz SSRİ dövründə bu işlərin təməlini qoyub. Bu gün biz şərəflə müzəffər xalqın təmsilçisi kimi torpaqlarımızının işğaldan azad olunmasının sevincini yaşayırıq”.

Millət vəkili H. Əliyevin hərb sahəsinə verdiyi töhfələrə də diqqət çəkib:

“Sovet dövründə H. Əliyevin böyük əməyi ilə Azərbaycanda hərbi məktəb, hərbi gücün əsası qoyuldu. Bu gün Milli Ordumuzun gücü, qüdrəti Ulu öndərin hərb sahəsində yaratdığı təməlin möhkəmliyindən, Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən qorunub saxlanmasından irəli gəlir. Sovet dövründə Azərbaycan kimi müsəlman-türk respublikalarında bir sıra strateji məsələlərin olması qəti qadağan idi. Buna məhz H. Əliyevin iradəsi, qətiyyəti, təcrübəsi və prinsipiallığı əsasında nail olundu”.

Deputat dilimizin və dinimizin qorunmasında Ulu öndərin əvəzolunmaz əməyindən də danışıb:

“Bir xalqın, bir millətin var olmasında onun dilinin və dininin böyük əhəmiyyəti var. Bir sıra xalqlar var ki, dili, dini əlindən alınıb və digər ölkələrin dillərinə assimilyasiya olunublar. Məhz Ulu öndərimiz birinci hakimiyyəti dövründə böyük təzyiqlər, basqılar olsa da Azərbaycan dilini rəsmi dil kimi elan etdi. Bu da bizim milli məfkurəmizi, milli düşüncəmizin, tariximizin, milli dəyərlərimizin qorunmasında böyük rolu oldu. Azərbaycan dilinin rəsmi dil kimi elan olunması, ölkəmizin, müstəqilliyimizin qarantı kimi çox önəmli idi. Bu gün bir sıra keçmiş SSRİ respublikalarında bununla bağlı çox ciddi problemlər var”.

M. İbrahimqızı vurğulayıb ki, H.Əliyev həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycan xalqının gələcəyi naminə mümkün olan hər şeyi edib:

“Ulu öndər uzaqgörən insan, böyük şəxsiyyət idi. O, bilirdi ki, SSRİ dağılacaq. Buna görə də Azərbaycan xalqının müstəqil yaşaya bilməsi üçün lazım olan bütün addımları atırdı. Ulu öndər Azərbaycanı dünya xəritəsində silinməkdən, müstəqilliyimizi məhv olmaqdan qorudu. Onun tarixi kəlamında deyilirdi ki, “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”. 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər bütün varlığı ilə ömrünü xalqına, dövlətinə həsr etdi. Bugünkü qüdrətli dövlətimizin formalaşması və möhtəşəm Zəfərə nail olmağımızın fundamental sağlam təməlini qoydu. Ulu öndərin əvvəlki çıxışlarına baxanda görürük ki, O, Qarabağın işğaldan azad olunmasına çöx böyük ürəklə inanırdı. Eyni zamanda Ali Baş Komandan cənab Prezident İlham Əliyevin “bir ovuc torpağımızı belə düşmənə güzəşt etməyəcəyik” deməsi Azərbaycan xalqının həmrəy olması, Milli Ordu dövlət birliyi, hərbçilərimizin, əsgərlərimzin şücaəti, qəhrəmanlığı, şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına möhtəşəm Zəfər qazandıq. O vaxt da H. Əliyev deyirdi ki, “biz mütləq torpaqlarımıza qayıdacağıq”. Bu sözlər Ulu öndər H. Əliyevin nə qədər uzaqgörən olduğunu, ötən dövrlərə ekskursiya edəndə bir daha şahid oluruq”.

Həmçinin oxuyun

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər …