Ana səhifə / Siyasət / Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadidin layihəsi üzrə yeni mehmanxana tikiləcək

Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadidin layihəsi üzrə yeni mehmanxana tikiləcək

Qətərdə tikiləcək sünbülçiçək formalı mehmanxana 2016-cı ilin martında dünyasını dəyişən İraq mənşəli məşhur Britaniya memarı Zaha Hadidin layihəsi üzrə inşa olunacaq.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qətər əmirinin qardaşı şeyx Məhəmməd bin Həməd əl Tani bildirib ki, sahəsi 70 min kv.m olan 38 mərtəbəli bina 2020-ci ildə Fars körfəzinin sahilində, paytaxt Dohadan 20 km şimalda, Losail şəhərində tikilib istifadəyə veriləcək. Mehmanxana 2022-ci ildə futbol üzrə dünya çempionatının oyunlarının keçiriləcəyi stadionların birinin yaxınlığında yerləşəcək.

Qeyd edək ki, bronxitdən müalicə alan dünyanın bir sıra tikinti komplekslərinin memarı və müəllifi kimi tanınan Zaha Hadid 2016-ci ilin mart ayının 31-də Mayamidə xəstəxanada ölüb.

Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi və s. onun yaradıcılığının məhsuludur. Onun Bakıda inşa etdiyi Heydər Əliyev Mərkəzinin binası da öz dizaynı ilə görənləri heyran edir.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılıb. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın