Ana səhifə / Siyasət / Heydər Əliyev Fondundan xərçəngdən əziyyət çəkən rejissora – Dəstək

Heydər Əliyev Fondundan xərçəngdən əziyyət çəkən rejissora – Dəstək

Heydər Əliyev Fondu məşhur rejissor Şahin Zəkizadənin ilkin müalicə mərhələsinə yardım göstərəcək.

Bu barədə “Qafqazinfo”ya Tibb Universitetinin Tədris Terapevtik Klinikasından məlumat daxil olub.

Məlumatda bildirilir ki, leykozun kəskin forması diaqnozu qoyulan Şahin Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub: “Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcəyini bildirib”.

Qeyd edək ki, məlumatı Heydər Əliyev Fondu təsdiq edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın