Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / «Heydər Əliyevə güllə atanlar, onun əleyhinə gedənlər indi yüksək vəzifədə oturublar» –Sabiq baş prokurordan şok ittihamlar

«Heydər Əliyevə güllə atanlar, onun əleyhinə gedənlər indi yüksək vəzifədə oturublar» –Sabiq baş prokurordan şok ittihamlar

“Şamaxı, Lənkəran, Quba və digər rayonların hamısı məmurlar tərəfindən zəbt olunub, milyonluq villalar tikdiriblər…”

Artıq 20 Yanvar faciəsinin 27-ci ildönümü arxada qaldı. Hər il bu tarix ərəfəsində Rus qoşunlarının kimlər tərəfindən Azərbaycana çağırılması müzakirə mövzusu olur.
Müzakirələr zamanı o da qeyd olunur ki, 20 yanvar hadisələri zamanı indiki baş nazir Artur Rəsizadənin imzası ilə Moskvaya teleqram vurulub və «qayda-qanun yaradılması» üçün qoşun yeridilməsinə ehtiyac olduğu bildirilib.
Bu və ya digər mətləblərə aydınlıq gətirmək üçün Azərbaycanın baş prokuroru olmuş Əli Ömərovla söhbətləşdik:
– Mən, hər zaman həqiqət tərəfdarı olmuşam. O zaman da, elə indii də ancaq həqiqəti söyləyirəm. O vaxt yanvar faciəsi Ali Sovetdə müzakirə olunanda rus qoşunlarının Bakıya kimlər tərəfindən çağırıldığı üzə çıxdı. Şəxsən mən Ali sovetdə sənəd göstərdim və istintaqa təqdim etdim. O sənəddə göstərilirdi ki, Nazirlər Soveti Sədrinin birinci müavini Artur Rəsizadə özü Moskvaya teleqramm vuraraq, rus qoşunlarını Bakıya çağırıb. Sənədin məzmunu belə idi. Artur Rəsizadə Vakatinə yazmışdı ki, burda erməniləri öldürürlər, xahiş edirəm kömək göndərin. Amma mən bu gün Ayaz Mütəllibovun müsahibəsini oxudum. Deyir ki, o vaxt rus qoşunlarının Azərbaycana gəlməsinin əleyhinə olub. Onun sözlərinə görə, SSRİ Nazirlər Sovetinin sədri Lujkova telefonla zəng edib deyib ki, qoşun göndərməyin. Hətta bu telefon söhbətini Lujkov öz kitabında qeyd edib.
– Sizcə, Mütəllibov bu fikirlərində səmimidirmi?
– Bilirsiniz, burada maraqlı və ziddiyyətli məqam ortaya çıxır. Necə olur ki, birinci müavini belə bir teleqramm vurur, amma Mütəllibovun xəbəri olmur. Yəni, inandırıcı görünmür. Ya o vəzifəsini lazımi səviyyədə icra etməyib, ya da onun xəbəri olub. Əgər xəbəri olubsa, niyə xalqdan gizlədir? İnanıram ki, Artur Rəsizadə Mütəliboun xəbəri olmadan belə bir mühüm məsələdə öz başına hərəkət edə bilməz. Özü də Artur Rəsizadənin imzaladığı o məkiubu mən istintaqa təqdim eləmişəm. Bütün Azərbaycan xalqı o vaxt mənim baş prokuror kimi çıxışıma baxıb. O məktub 20 yanvar faciəsi ilə əlaqədar açılan cinayt işinin materialları arasında olmalıdır.
– Bəs, o istintaqı sonrakı mərhələlərsi necə oldu?
– Sonrakı aqibətdən xəbərsizəm. Bilirsiniz ki, mən sonradan istefa verdim. İstintaq nə qərara gəlib, Artur Rəsizadəni dindiriblərmi, soruşublarmı həmin məktubu kimin tapşırığı ilə, hansı məqsədlə yazıb. Əgər mən baş prokuror vəzifəsində qalsaydım, Artur Rəsizadəni çağırıb dindirəcəkdim ki, kimin icazəsi və tapşırığı ilə rus qoşunlarının Bakıy çağırılmasını əks etdirən məktub yazıb. O vaxt Heydər Əliyev yanvar faciəsindən sonra Azərbaycanın Rusiyadakı səyirliyinə getdi və Qorbaçovu lənətlədi, partiya biletini də cırdı. Təəssüflər olsun ki, öz xalqına qarşı cinayət edənlərin, Heydər Əliyevin əleyhinə gedənlərin əksəriyyəti yüksək vəzifədə oturublar. İndi həmin adamlar Heydər Əliyevin adından istifadə edənlər milyardlar qazanırlar. Zaman gələcək iç üzləri açılacaq və bilinəcək ki, onların hamısı Heydər Əliyevə düşməndirlər.
– Kimləri nəzərdə tutursunuz?
– Keçmişə nəzər yetirsəniz, həmin dövrə aid televiziya kadrlarına baxsanız, hər şey aydın olar. Heydər Əliyev çıxış edəndə ayağını yerə döyənləri, fit çalanların hamısını görəcəksiniz. Milət vəkillərinin də, nazirlərin də arasında yaxşı adamlar var. Onlar vicdanlı, peşəkar və prezidentə sədaqətli adamlardırlar. Amma 80 faizi xəyatənkardır. Sizə bir məsələni deyim. Azərbaycanın bütün regionlarını gəzin, harda yaxşı vila görsəniz, deyəcəklər ki, bu, filan nazirindir, bu, filan komitə sədrinin, icra başçısının, yaxud deputatındır. O gün internetdə videoya baxdım ki, deputatın miylnuq villası var. Bu deputat əməkhaqqı ilə villanı necə alıb? Bu da onu göstərir ki, bunların əksəriyyəti xalqın qanını sorurlar. Götürək Astan Şahverdiyevi, Azərbacanın görkəmli, zəhmətkeş adamlarını atxod adlandırır. Dediyim odur ki, hakimiyyətin onlara verdiyi imkanlardan istifadə edib prezidentə xəyanət edirlər. Yalandan gəlib prezidentə məlumat verirlər ki, hər şey yaxşıdır, narahat olma. Amma siz də, mən də görürəm ki, camaat hansı vəziyyətdə yaşayır. Hamı narazıdır, hamı danışır. Ən pisi isə odur ki, hamı prezidentdən umur. Məmurlar hər şeyi prezidentin boynuna yıxır, qəsdən danarızılq yaradırlar ki, insanlar prezidentdən narazı düşsün.
Mən, bir məqamı xüsusi vurğulamaq istəyirəm. Bunlar Heydər Əliyevə sədaqətli adamların hamısını pis günə salmaq istəyirlər. Heydər Əliyevə güllə atanlar, onun çıxışını kəsənlər, Moskvaya qalaq-qalaq şikayət yazanların hamısı böyük vəzifələrdə, Mili Məclisdə təmsil olunurlar, milyardlar qazanırlar, vilalara, obyektlərə sahib olublar. Elələri var ki, türmədə yatıb çıxıb, bu gün nazir kürsüsündə oturub. Belə şey olar? Başqalarını orqana işə götürəndə onun nəsil nəcabətini yoxlayırlar. Zakir Nəsirov kimi ömürlyk cəza alan cinayətkarın övladı orqanda necə işləyir? Əgər haqq-ədalət, qanun varsa, hamıya eyni şərait yaradılmalıdır. Zülmü-əziyyəti mən çəkim, Heydər Əliyevin uğrunda canımı mən qoyum, onun əleyhinə çıxanlar böyük imkanlar sahibidirlər.
– Niyə Heydər Əliyevə sədaqətli olanlar kənarda saxlanılır? Bu, kimlərin marağındadır?
– Səbəbini bilmirəm. Amma düşünürəm ki, bunun arxasında hansı qüvvə var. Həmin qüvvələr prezidentə yalan məlumat verirlər. Prezidentə sui-qəsd edənlər, Heydər Əliyevə güllə atanlar, mənim həbs elədiyim adamlar bu gün Milli Məclisdə deputatdırlar. Mən onun adını çəkmirəm. Amma hər şey məlumdur. Əbülfəz Elçibəyə yaxın olanlar, Heydər Əliyevə qarşı çıxanların 20-30 nəfəri deputatdır. Bunu hamı görür. Bu adamlar xalqı, dövləti deyil, yalnız öz maraqlırını düşünürlər. Fəaliyyətləri də rüşvət və korupsiyadan ibarətdir.
– Əli müəllim, rüşvətdən, korrupsiyadan danışırsınız, amma ölkdədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bildirilir. Bu mübarizəni necə qiymətləndirirsiniz?
– Korrupsiyaya qarşı mübarizəni qənaətbəxş eləmirəm. Korrupsiya elə prosesdir ki, orada yüksək rütbəli məmur iştirak edir. İndiyə kimi hansı nazir, komitə sədri, icra başçısı həbs olunub? Yalandan tibb bacısını, müəllimi, sobez işçisini tuturlar, vəssəlam. Onlar da korrupsiyanın subyekti deyilər. Elə nazirliklər var ki, ailə şirkəti ediblər. Qohumlarını, yaxın adamlarını ətraflarına yığıblar. Bir dənə FHN, DİN bir də, Gömrük Komitəsində kənar adamları da işə götürürlər. Qalan nazirliklərin hamısı ilə şirkətinə çevrilib.
– Adını çəkdiyiniz nazirliklərdəki əsas vəzifələrdə də digər yüksək rütbəli məmurların qohumlarıdır…
– Bir nazir digər nazirə xahiş edib qohumunu işə götürtməsi ayrı məsələdəir. Bir də var ki, öz nazirliyinə qohum-əqrəbanı yığasan. Bunun səbəbini bilirsinizmi? Öz nazirliyinə qohum əqrəbasını yığan adamlar rüşvətin, korrupsiyanın üstünü ört-basdır edirlər. Birincisi, qohum-əqrəbanı öz nazirliyinə yığmığın özü qanunsuzdur. Korrupsiyanın mənbyi burdan başlayır. Nəqliyyat Nazirliyində ancaq qohum əqrəbalar toplanıb. Ziya Məmmədov qardaşlarını, qardağı uşaqlarını ətrafına toplayıb. Bir vaxtlar nəqliyyat sistemi ancaq qohum-əqrabanın əlində idi. Mənim heç kimlə işim yoxdur, amma gərək ədalətli sistem olsun, haqqı olana haqqı verilsin. Elə etmək lazımdır ki, hamı çörək yeyə bilsin.
– Siz baş prokuror olanda necə davranırdınız?
– Mən prokuror olanda işə götürdüyüm adamları araşdıra bilərsiniz. 29 nəfəri işə götürmüşdüm, hamısı da yetim-yesir idi. İnd idə məni harda görürlər baş prokuror kimi qəbul edirlər. İsmət Qayıbovun, Mamed Əsədovun oğlunu işə götürmüşdüm. İndi yüksək vəzifədə çalışırlar. Yəni, mən işə götürdüyüm adamların hamısı kasıb camaatın nümayəndələridir. Amma öz qohumlarımdan heç kimi orqana götürməmişəm. O vaxt imtahan komissiasında təmsil olunurdum, imtahanda 5 alanların adlarını qeyd eləmişdim. Sonra dekana dedim ki, filan uşaqları mənim yanıma göndərin. Savadlı, bacarıqlı insanlara yol açmaq lazımdır. Amma indii adam tanıyıram ki, 6-7 ildir prokuror köməkçisi işləyir, intiharla cinayəti ayırd edə bilmir. Görün, vəziyyət nə yerdədir.
– Deyəsən, prokurorluğun fəaliyyəti Sizi qane eləmir…
– Onu dəyərləndirmək mənə düşməz. Hesab edirəm ki, prokurorluqda peşəkarlar var, amma çoxluq qeyri-peşəkarlardan ibarətdir.
– Maraqlısı odur ki, hansı dövlət qurumunun qarşısına nəzər salsan, yüz minlik avtomobilər görmək olar. Sizcə, bu necə olur?
– Ay qardaş, guya bilmirsənmi necə olur? Əməkhaqqı ilə o maşınlara, villalara sahib olmaq mümkün deyil. Son illər mətbuatda yüzlərlə belə faktlar dərc olunur. Bunların hamısı yoxlanılmalıdır. Təsdiq olunarsa, həmin adamlar cəzalanmalıdır. Adi uşaq da bilir ki, balaca bir vəzifəsi olan ada miylonlarla varidata sahibdirlər. Şamaxı, Lənkəran, Quba və digər rayonların hamısı məmurlar tərəfindən zəbt olunub, milyonluq villalar tikdiriblər.
– Bu ölkənin baş prokuroru olmusunuz, Sizin vəziyyətiniz necədir?
– (Gülür) Mənim maddi vəziyyətim belədir ki, pensiya ilə dolanan adamam, əlavə, gəlirim də yoxdur. Mənim nə villam var, nə bahalı maşınım var. Həmişə təmiz işləmişəm. Heydər Əliyevin xatirinə, ona söz gəlməsin deyə rüşvətxorluqla məşğul olmamışam. Hər zaman adımı, şərəfimi üstün tutmuşam. O vaxt maaşla, indii də pensiya ilə dolanıram.
– Sirr deyilsə, nə qədər pensiya alırsınız?
– 1900 manat.
– Normal dolana bilrsinizmi?
– Tay ağlamayacağam ki? Dolansam da, dolana bilməsəm də, olanım odur.
– Övladlarınız nə işlə məşğuldurlar?
– Övladlarımın da hamısı evdə boş bekar oturublar. Mən işləmirəm deyə, onları da işə götürmürlər. Amma 7 il prokuror köməkçisi işləyir, ağır cinayətlə intiharı ayıra öilmir. Belə adamları işə götürürlər.
– Nə əcəb övladlarınızı işə götürmək üçün hansısa nazirdən xahiş etmirsiz?
– Elə bilirsən, nazirlər telefona cavab verir? İndi yeni tendensiya var. Tanımadıqları nömrələrə cavab vermirlər. Guya siz zəng edən telefonunuza cavab verirlər?
Oğlum Elnur Ömərov prokurorluğa işə qəbul üçün sənəd vermişdi, amma Zakir Qaralov ona hazırda uyğun iş olmadığını bildirmişdi. Halbuki Zakir Qaralov prokurorluq orqanlarında qovulmuşdu, onu mən bərpa etmişdim. Buna görə, bütün müxalif dairələr Zakir Qaralovu prokurorluğa geri qaytardığım üçün məni tənqid edirdi. Bu da Zakir Qaralovun verdiyi qarşılıq.
Mən baş prokuror olanda bütün zənglərə cavab verirdim, lazım olanda görüşüb problemlərini həll edirdim. Mən heç kimə paxıllıq eləmirəm. Amm məni yandıran odur ki, o vaxt Heydər Əliyevin yolunda can qoyan adamların hamısını kənarlaşdırıblar. 91-lərdənəm, YAP-ın üzvüyəm, övladlarım ali təhsilidir. Nə özümə, nə də övladlarıma yol açmırlar. Deyə bilərlər ki, səni 67 yaşın var. Halbuki bu gün mənimlə eyni yaşda olan 25-30 nəfər, məndə 15-20 yaş böyük olan 10-15 nəfər yüksək vəzifədə də çalışırlar. Hər halda, bütün bunlar ayrı-seçkilikdir və inan narahat edir.

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …

Bir cavab yazın