Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / “Heç kəs gizlənə bilməyəcək” – Millət vəkili

“Heç kəs gizlənə bilməyəcək” – Millət vəkili

“Əkilib becərilməyən torpaqlar insanların əlindən alınmalıdır. Sahibkarlara, fermerlərə kənd təsərrüfatı sahəsində kredit və subsiyalar isə torpaq sahəsinə görə yox, onlara istehsal etdiyi məhsula görə verilməlidir”.
Moderator.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Komitə sədrinin sözlərinə, bu gün Azərbaycanda kənd təsərrüfatı üçün verilmiş çoxlu torpaq sahələri var ki, istifadəsiz qalıb. Qanunvericiliyə görə, kimsə torpaqdan istifadə etmirsə, ondan alınmalıdır:
“Vaxtilə Torpaq Məcəlləsini, “Torpaq islahatı haqqında” Qanunu qəbul edərkən orada göstərmişdik ki, kimsə verilən torpaqdan 2 il istifadə etmirsə, o adamın əlindən torpaq alınır. Prezident İlham Əliyev də göstəriş verib ki, əgər torpaqlardan istifadə olunmursa, geri qaytarılıb dövlətə, bələdiyyəyə verilməlidir. Yəni torpaqlar insanlara kənd təsərrüfatında məhsul yetişdirilməsi, istehsalı üçün verilib. Kimsə torpaqdan istifadə etmirsə, düz eləmir. Torpaqların belələrinin əlindən alınması üçün elektron kənd təsərrüfatından istifadə olunacaq. Yəni onların şəkli peyk vasitəsilə yuxarıdan çəkilir və məlum olur ki, min hektarlarla torpaqlar istifadə olunmur. Bu da bir yenilikdir. Onda sorğu-sual olunacaq ki, həmin torpaqlar kimindir və niyə istifadə etmir? Heç kəs bundan yayınıb torpağı əkmədən gizlədə bilməyəcək”.
E.İbrahimov, həmçinin qeyd edib ki, kənd təsərrüfatı sahəsində sahibkarlara, fermerlərə kredit və subsidiyalar onlara istehsal etdiyi son məhsula görə verilməlidir: “Kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara, fermerlərə, təsərrüfatlara kredit və subsidiyalar torpağın sahəsinə, hektarına görə yox, istehsal etdiyi məhsulun son həcminə görə verilməlidir. Görürsən ki, torpağı becərmir, amma ona görə pul alır. Belə olmamalıdır. Əgər o torpağa görə pul alır və az məhsul götürürsə, ona istifadə edə bilmədiyi torpaq sahəsinə görə pul verilməməlidir. Məsələn, bu il taxılçılıqda hər hektara görə orta məhsuldarlıq 30,5 sentner olubsa, gərək 8, 10, 15 sentnerə görə kredit və ya subsidiya verməyək. Pul o adamlara verilməlidir ki, onlar, həqiqətən, torpaqdan səmərəli istifadə edir, məhsuldarlığı artırır”.

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …

Bir cavab yazın