Cümə , Sentyabr 18 2020
Ana səhifə / Siyasət / “Heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz”-Güneyli məhbus xalqa müraciət etdi

“Heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz”-Güneyli məhbus xalqa müraciət etdi

İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəsinə görə, həbs edilən milli-mədəni fəal Tohid Əmir Əmini iyulun 31-də ikinci dəfə olaraq, ad gününü zindanda qeyd edib.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Tehranın Evin zindanında saxlanılan və ad gününü onunla eyni korpusda saxlanılan digər məhbuslarla birlikdə qeyd edənTohid Əmir Əmini ictimaiyyətə ünvanladığı bir mesajda, Azərbaycan uğrunda silvil mübarizəsini davam etdirəcəyini bəyan edib.

O deyib ki, hər hansı bir zülm və təzyiq onu getdiyi haqq yolundan saxlaya bilməyəcək.
“Biz qoymayacağıq ki, qorxu gələcəyimizi əlimizdən alıb, bizim yaşamımızı müəyyənləşdirsin. Biz, həqiqəti düşünüb Tanrının sözlərinə dayanaraq, ağıl və məntiqlə addım atacaq, qorxulu meydanlardan içimizdə olan iman gücü ilə başıuca çıxacağıq” –deyə, azərbaycanlı fəal Tohid Əmir Əmini xalqa ünvanladığı müraciətində bəyan edib.

Qeyd edək ki, Ərdəbil əyalətinin Ənqut şəhərinin sakini olan Tohid Əmir Əmini, 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günü manasibətilə yaydığı yazılı vərəqələrə görə həbs edilib. İran məhkəməsi azərbaycanlı fəala qarşı əsassız ittihamlar irəli sürərək onu 7 il yarım həbsə məhkum edib.

Həmçinin oxuyun

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub.  …