Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / “Heç bir sosial layihə ixtisar edilməyəcək” – Prezident

“Heç bir sosial layihə ixtisar edilməyəcək” – Prezident

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə davam edir. Sərt karantin rejimi yoluxma sayının nisbətən azalmasına səbəb olsa da,  təhlükə hələ də qalır.

Ölkə başçısı İlham Əliyev Şəkidə modul tipli xəstəxananın açılışında etditi çıxışı zamanı bu mövzuya xüsusi diqqət yetirib. 

Prezident bildirib ki, Azərbaycanda koronavirus pandemiyası nəzarətdə saxlanılır. Ölkədə tibb ocaqlarının sayı artırılması və koronavirus pandemiyasının tammamilə sıradan çıxarılması üçün müvafiq təbdirlərin görülməsi buna sübutdur. 

Artıq Azərbaycanda 9 modul tipli xəstəxana istifadəyə hazırdır. 10-cu xəstəxananın  avqust ayında istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, modul tipli xəstəxanaların yaradılmasını nəzərdə tutan proqramın icrası nəticəsində əlavə 2 min çarpayı fondu yaradılıb.

Hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur.

Digər tərəfdən artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxanın açılması gözlənilir.

Ümumiyyətlə isə, Azərbaycanda 6 minə yaxın çarpayı fondu yaranır.

Koronavirus xəstələrinin müalicəsinə gəlincə. Hazırda Azərbaycanın 46 xəstəxanasında infeksiyaya yoluxmuş xəstələr müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.

İnfeksiyaya yoluxanların sayını müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək üçün Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.

Laboratoriyaların da sayı artırılıb. Artıq bu gün onların sayı 31-ə çatıb. Lakin hökumət bununla kifayətlənmək istəmir. Laboratoriyaların sayının 45-ə çatdırılması planlaşdırılır.

Əgər pandemiyanın ilk günlərində tibbi maska qıtlığı var idisə, artıq bu problem də həllini tapıb. Qısa müddətdə Azərbaycan tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanıb.

Prezident həmçinin pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan 3 şərti vətəndaşların diqqətinə çatdırıb. Bunlar məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmaqdır. 

Ölkə başçısı həmçinin qeyd edib ki, pandemiyanın iqtisadiyyata vurduğu zərərlərə baxmayaraq heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək.

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …