Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Hazırkı parlamentdən gözləntilər kifayət qədər böyükdür”

“Hazırkı parlamentdən gözləntilər kifayət qədər böyükdür”

Xəbər verdiyimiz  kimi, bu gün altıncı çağırış Mili Məclisin ilk iclası keçirilib. Ölkə başçısının da iştirak etdiyi iclasda parlament rəhbərliyi formalaşdırılıb, komitə sədrləri, onalrın müavinləri seçilib.

Maraqlıdır, parlamentin yeni tərkibi ilə bağlı gözləntilər nədən ibarətdir? Milli Məclisin hazırkı tərkibi peşəkarlıq baxımından nə dərəcədə qənaətbəxş sayıla bilər?

Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev hazırkı parlamentlə bağlı gözləntilərin kifayət qədər böyük olduğunu vurğuladı:

“Bildiyiniz kimi, bu iclasın bir çox önəmi oldu ki, bunlardan da biri parlamentin rəhbərliyinin formalaşması oldu. Rəhbərliyə təcrübəli insanlar gəlib.

Önəmli məqamlar biri parlament rəhbərliyində qadınların daha çox təmsilçiliyidir. Onlar həm də öz peşəkarlıqları ilə diqqət çəkirlər. Sahibə xanım uzun müddətdir ki, parlamentin üzvüdür. Hicran xanım da icra strukturlarılnda işləyib, ağır sahələrdə çalışıb. Politologiya üzrə Azərbaycanın tanınmış mütəxəssislərindəndir.

Əli Hüseynlinin parlament rəhbərliyinə gətirilməsi də mühüm məsələlərdən biridir. O, bundan öncə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri idi. O, peşəkar hüquqşünas və parlamentaridir Ə.Hüseynli ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil edib. Adil Əliyev də təcrübəli parlamentarilərdən biridir.

Digər önəmli məqamlardan biri parlament rəhbərliyində YAP nümayəndələri ilə yanaşı, digər siyasi partiyaların təmsilçilərinin də yer almasıdır. Fəzail İbrahimlinin parlament rəhbərliyində təmsilçiliyi buna nümunədir. Komitə sədrləri, onların müavinləri srıasında da müxtəlif partiyaalrın təmsilçiləri var. Bu, yeni bir yanaşmadır. Bu, keyfiyyət dəyişikliyi istiqamətində atılan mühüm addımlardan biridir.

Yeni formalaşan parlamentdən gözləntilər böyükdür. Parlament strukturlarında da dəyişikliklərin həyata keçirilməsi zəruri görünür. Parlamentarizm ənənələrinin möhkəmlənməsi, parlamentdaxili idarəetmənin təkmilləşdirilməsi baxımından bu yeniliklər vacibdir.  Bu gözləntilərin özünü nə dərəcədə doğrultduğunu isə zaman göstərəcək”.

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …