Cümə , İyul 10 2020
Ana səhifə / Siyasət / “Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”

“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”

Son vaxtlar Ermənistanın sadəcə Qarabağ cəbhəsində deyil, Azərbaycan-Ermənistan təmas xəttində, xüsusilə də Qazax rayonu istqiamətində atəşkəsi mütəmadi surətdə pozması, yeni təxribatlara cəhd etməsi müşahidə edilir. Bəzi politoloqlar hesab edir ki, düşmən atəşkəsi məhz Azərbaycan-Ermənistan sərhəddində pozmaqla ölkəmizi təxribata çəkmək, onun qarşılıq verməsinə nail olmaq və bununla da KTMT-nin proseslərə müdaxiləsinə zəmin yaratmağa çalışır.

Bəs əslində necə, KTMT-nin Azərbaycan-Ermənistan təmas xəttindəki hərbi qarşıdurmaya müdaxiləsi ehtimalı varmı?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu qənaəti bölüşmədiyini vurğulayıb:

“Hesab edirəm ki, bu məsələyə heç kim, xüsusilə də KTMT üzvləri qarışmayacaq. Onlar dəfələrlə bəyan ediblər ki, bu məsələyə müdaxilə etməyəcəklər. Ona görə də KTMT-nin bu məsələyə müdaxilə edə biləcəyi ilə bağlı səslənən mülahizələri yersiz fikirlər hesab edirəm”.

T.Zülfüqarov indiki məqamda Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpası ehtimalının da yüksək olduğunu vurğuladı:

“Hazırda hərbi əməliyyatların bərpası ehtimalı çox yüksəkdir. Bunun səbəbləri çoxdur. Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir. Əslində bu təxribatlar Azərbaycanın ictimai rəyinə yönəldilib. Şuşadakı şou və s. kimi addımlar bu qəbildən olan təxribatlardır. Hesab edirəm ki, indiki situasiyada hərbi əməliyyatların bərpası çox real görsənir”.   /Moderator.az

Həmçinin oxuyun

Oğlunu Həzrəti Əliyə bənzədən Siyavuş Novruzova daha bir cavab: “İfrata varıb”

“Seymur kimi gənclərimiz hər birimizin qürur mənbəyimizdir, övladlarımızın psixologiyasının travma almasına qətiyyən imkan verməli deyilik”. …