Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Siyasət / “Dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar” – DEPUTAT

“Dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar” – DEPUTAT

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı maraqlı məqqmlara diqqət çəkdi.

Deputat qeyd etdi ki, maliyyə tədbirləri üzrə işçi qrupun tövsiyələri əsasında yeni qanun layihəsi hazırlanıb: “2009-cu ildə qəbul etdiyimiz qanun var idi. Əlbəttə qanun mütərəqqi qanundur. Xüsusilə o baxımdan əhəmiyyətlidir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısını alacaq, terrorizmin maliyyələşdirilməsinə problemlər yaradacaq. Ölkəmizin reallıqları baxımından bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. Əvvəla, bizim 1993-cü ildə qəbul olunmuş konstitusiya qanunumuz var. Həmin konstitusiya qanunu varidata təminat verilməsi haqqındadır. Həmin konstitusiya qanununda qeyd olunur ki, Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri dövlət hüquqi şəxsləri, onlarda olan daşınar və daşınmaz əmlakı, pulu, valyutanı və sair varidatı izahat vermədən, deklorasiya və başqa sənəd təqdim etmədən, istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər. Bu qanuna mərhum Prezident Heydər Əliyevin dövründə dəyişiklik edildi. Bu qanun 2 il müddətinə qəbul olunmuşdu. 2 il müddəti çıxarıldı, 1995-ci ilin sentyabrında müddətsiz qəbul olundu. 1995-ci ildə biz yeni konstitusiya qəbul etdik. Yeni konstitusiyanın 8-ci maddəsində də qeyd olunurdu ki, əvvəlki qanunlar konstitusiya ilə ziddiyyət təşkil eləmirsə öz hüquqi qüvvəsini saxlayır. Yəni bu varidata təminat verilməsi haqqında konstitusiya qanunu var. Bu qanunu ləğv eləmədən yeni qanunun qəbul olunması bizim üçün çətinlik yaradacaq. Ona görə ki, konstitusiya qanunu ilə ziddiyyət təşkil edir”.

Q.Həsənquliyev burada narahatlıq doğuran əsas məqamlara aydınlıq gətirdi: “Konstitusiya qanunundan başqa da ciddi problemlər var. Biz, 2016-ci ildə nağdsız ödənişlər haqqında qanun qəbul elədik. Bu il dəyişiklik etdik və 4 min manatdan artıq nağdsız ödənişlər qadağan edildi. Xatırlayırsınızsa, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov çıxış elədi və dedi ki, evlərdə 10 milyard dollardan artıq vəsait var. Bundan sonra səhv etmirəmsə, 7 bank da bağlandı. Bir həftə bundan əvvəl oxudum ki, 7 bankın əmlakı hələ indi özəlləşdirməyə çıxarılır ki, bankda pulları batan insanların vəsaitinin bir hissəsi qaytarılsın. İnsanların banka inamı itib. Biz Beynəlxalq Bankı xatırlayırıq. Bu dövlət bankı idi. Dövlət onun bərpası üçün xeyli vəsait xərclədi. Hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar. Sonradan xalqın pulları hesabına bankın fəaliyyəti bərpa olundu. İnsanların banka inamı yoxdur, ona görə də insanlar pullarını evdə saxlayırlar. Belə olan təqdirdə yeni qanunla 20 min manatdan yuxarı bütün vəsaitlərlə bağlı banklar tərəfindən müştəri uyğunluğu adı altında sənədlər tələb olunacaq ki, onun mənbəyini göstər. Biz bilrik ki, bu yol əslində korrupsiyanın qarşısını almayacağıq. Əslində korrupsiya daha da çiçəklənəcək. Bunun nümunəsini də göstərmək istəyirəm. Vaxtilə qanun qəbul elədik ki, hər ay heç bir şəxs 30 min manatdan artıq bank hesabından vəsait çıxara, nağdlaşdıra bilməz. Burada kommersiya ilə az-çox əlaqəsi olan şəxslərin hər biri bilirlər və istənilən sahibkarlardan soruşsanız aydın olacaq ki, o məbləği nağdlaşdırmaqla bağlı heç bir problem yoxdur. Digər toxunulamz şəxslərlə cinayət əlaqəsinə girirlər, köçürmələr edir, saxta müqavilələr bağlayırlar. Sadəcə olaraq bu zaman qazanclarının 10-15 faizini itirirlər. İndi də nə olacaq. Ona gətirib çıxaracaq ki, kimsə ev, avtomobil almaq istəyirsə, notariusa gedəcək, hansısa bankla danışacaq və orada ona deyəcəklər ki, danlşdığınız məbləğin 10 faiz artığını verin ki, sizdən evin, avtomobilin pulunu haradan aldığınızı tələb etməyək”.

Deputat başqa məsələyə də toxunmaq istədiyini söylədi: “Yaxşı olardı ki, bura İqtisadiyyat Nazirliyinin nümayəndələri də gəlib, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı aydınlıq gətirsinlər ki. Bir çox iqtisadçı ekspertlər bu barədə fikir bildirirlər. Məsələn biri kölgə iqtisadiyyatının həcmi 65 faiz, digəri daha çox olduğunu deyir və s. Bu qədər böyük bir kölgə iqtisadiyyatının olduğu ölkədə-müəllimlər repititroluqla, həkimlər daha çox xəstələrin ödədiyi pulla yaşayırlar –yəni belə bir vəziyyətdə biz bunu bura daxil edəcəyiksə, səmimiyyətlə deyirəm ki, böyük bir narazılığa yol açacağıq. Bizim cəmiyyətimiz, ölkədə mövcud iqtisadi münasibətlər sistemi hələ imkan vermir ki, bu normanı daxil edək. Həm də hesab etmirəm ki, dövlət hal hazırda bütün vətəndaşlarına şübhə ilə yanaşmalıdı. Biz ora daxil edə bilərik ki, məsələn şübhə yarandıqda onun mənbələri barədə arayış tələb oluna bilər. Ucdantutma hamıdan bu tələb olunsa doğru olmaz və ciddi problemlər yaradacaq”./musavat.vcom

Həmçinin oxuyun

Viktor Orban: “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

“Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”. Bu barədə Macarıstanın Baş …