Çərşənbə , May 22 2024
Ana səhifə / Siyasət / Hansı ərazilər Ermənistanla dəyişdirilə bilər? – Açıqlama

Hansı ərazilər Ermənistanla dəyişdirilə bilər? – Açıqlama

“Anklav məsələsi ilə bağlı beynəlxalq praktika var. Bunun ən düzgün yolu ərazi mübadiləsidir. Bu alınmayanda kompensasiyayla əvəz olunur. Hazırda bizim faktiki olaraq beynəlxalq hüquqla 4 kəndimiz ermənilərin, onların isə1 kəndi bizim nəzarətimizdədir”.

Bunu Bakupost.az -a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

O, daha sonra çıxışına bunları əlavə edib:

“4 anklav olmayan kəndlərin məsələsi həll olunandan sonra Cənab Prezident də yanvarın 10-da televiziyada çıxışı zamanı bildirdi ki, yeni ekspert qrupu yaranacaq və onlar danışıqlar yoluyla bu məsələni həll edəcəklər. Həll yolunun isə bir daha qeyd edirəm ki, beynəlxalq praktikada iki prinsipi var: ərazi mübadiləsi və kompensasiya. Ərazi mübadiləsində Azərbaycana indiki şəkildə ən uyğun olanı Başkəndlə, yəni erməni anklavıyla bizim Kərki kəndinin əvəzlənməsidir”.

İ.İsmayıl Yuxarı Əkisparayla da ərazi mübadiləsinin də mümkün olduğunu bildirib:

“Çünki Yuxarı Əkisparayla Aşağı Əkisparanın arasında erməni kəndləri və ərazisi var. Biz o kəndlərə getmək üçün 2,5 kilometr məsafəni erməni kəndlərinin içindən keçməliyik. Biz oranın strateji yüksəklik olduğunu deyirik, amma orda hərbi baza yaratmağa imkan verməyəcəklər. Biz də Başkəndi onlara versək, onlara da orda hərbi baza yaratmağa imkan verməyəcəyik. Amma hər iki kəndin əraziləri bir-birinə uyğundur. Bu iki kənd mübalidə olsa, Barxudarlı və Soflu kəndiylə Azərbaycan sərhədinin arasında Ermənistanın kiçik bir torpaq ərazisi var, biz Kərki kəndini də verib bizi birləşdirən Ermənistan torpaqlarını özümüzə birləşdirəcəyik. Məsələ bununla da bitmiş olur”.

İ.İsmayıl qeyd edib ki, Başkənd də, Kərki də Azərbaycan və Ermənistan dövlət sərhədindən 10 kilometrdən artıq bir məsafədə yerləşir:

“Siz təsəvvür edin ki, Kərki kəndinə gedərkən və qayıdarkən erməni postlarından keçməliyik. Bu prespektiv narahatçılıq və hətta deyərdim ki, təxribat mənbəyidir. O cümlədən Başkəndi onlara versək, ora yeddi kəndimizin içindən erməni keçib gələsi deyil. Və yaxud da ki, o yola Gədəbəyin iyirmi kəndi çıxır. Bu prespektiv isə təhlükə, təxribat deməkdir. Ona görə də ən yaxşı vəziyyətdə ərazi mübadiləsidir. Düzdü, Yuxarı Əskipara kəndində tarixi abidələrimiz var. Amma bu məsələnin köklü şəkildə həll olunması üçün ərazi mübadiləsi mütləqdir. Çünki burda bizim itirəcəyimiz heç nə yoxdur. Ona görə ekspert qrupu bunu hazırlayır. Çünki protokolda da 1 iyula qədər bu məsələnin prinsipial razılığı əldə olunmalıdır. Ərazi mübadiləsi qaçılmazdır”.

Həmçinin oxuyun

Nə qərb , nə də ABŞ Azərbaycanın düşməni deyil.

Bəzi kiçik siyasi spikulyasiyalar görə geniş Qərb anlayışı və ABŞ barədə daşqalaq ritorikasını doğru hesab …