Ana səhifə / Siyasət / Hakimlər Çovdarovu təbrik etdi – “İmkan verirlər ki?..”

Hakimlər Çovdarovu təbrik etdi – “İmkan verirlər ki?..”

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarovun 65 yaşı tamam olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, general yubileyini məhkəmə zalında qeyd edib. Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə dəstənin məhkəməsi keçirilib.

Vəkillərin müdafiə çıxışı etdiyi iclas başlayarkən hakimlər kollegiyası Akif Çovdarovu yubileyi münasibəti ilə təbrik ediblər. General isə təşəkkür edərək “nə ad günü? İki ildir imkan verirlər ki, ad günümü keçirəm?” deyərək reaksiya verib.

Sonra proses davam etdirilib.

Qeyd edək ki, dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın