Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Hakimlər aldıqları rüşvətlərə görə də məsuliyyət daşısınlar” – Prezident hakim və deputatlara qarşı

“Hakimlər aldıqları rüşvətlərə görə də məsuliyyət daşısınlar” – Prezident hakim və deputatlara qarşı

“Siz məhkəmə sistemindəki korrupsiya məsələsini araşdırdığınız müddətdə hakimlərin toxunulmazlığı var. Bu istintaq aylar, illər çəkir. Bir nəticəyə varana qədər də bu insanlar yoxa çıxır. Daha sonra biz onları beynəlxalq axtarışa veririk, ancaq tapa bilmirik.

Mən təklif edirəm ki, hakimlərdən toxunulmazlıq statusu götürülsün. Onlar təkcə verdiyi qərarlara görə yox, həmçinin aldıqları rüşvətlərə görə də məsuliyyət daşısınlar”.

Bu sözləri Ukrayna prezidenti Petro Poroşenko fevralın 9-da hakimlərin toxunulmazlıq statusu haqda danışarkən deyib.

Prezident Poroşenko hesab edir ki, deputatların toxunulmazlıq statusuna da ehtiyac yoxdur: “Mən Konstitusiya Məhkəməsinə deputatların toxunulmazlıq statusunun ləğv olunması haqda layihə təqdim etmişəm. Bu fikir Konstitusiya Məhkəməsi tərəfindən dəstəklənib. Deputat toxunulmazlığı yerinə, onların təkcə Radada çıxışları və siyasi görüşlərinə görə hər hansı bir təqibə məruz qaldıqları zaman təhlükəsizliklərinin qorunması yetərlidir”.

Korrespondent.az

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın