Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / “Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və görürsən ki, burada xalqın heç bir təqsiri yoxdur”. 

Bunu BBC Azəbaycancaya müsahibəsində yazıçı Əkrəm Əylisli deyib. O, deyib ki, hakimiyyət çalışmalıdır ki, bu problemləri yoluna qoysun: “Hakimiyyətə də imkan yaranmalıdır ki, bunları eləsin. Ziyalıları ətrafına yığmaq istəmədi. Axı Ziyalılar Forumu hakimiyyətə qarşı deyildi. Əvvəl forumun siyasi məqsədi yox idi, sonra o siyasi məqsəd ortaya çıxdı. Siyasi məqsəd də odur ki, hakimiyyət dəyişsin, yerinə başqası gəlsin. 

Açıq deyirəm, mənim belə bir niyyətim yoxdur. Bunu yıxsan başqası gələcək, nə bilirsən necə olacaq. Hakimiyyətə kimin gələcəyini bilsəm və inansam ki, bu adam Azərbaycanı yaxşı edəcək… 

Doğurdan da o vaxt hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər. Bakıya gəlməzdən 10 gün əvvəl mən Heydər Əliyevlə 4 saat söhbət eləmişəm. O mənimlə çox səmimi idi. Onun o zaman ola bilsin hakimiyyətə gəlmək planı var idi, amma ümidi yox idi. Olsa idi, mən onu hiss edərdim.

Mən həmişə Heydər Əliyevdən əsər yazmaq istəmişəm. Bu insanın bütün ağrı və acıları ilə, həyatı və uğurları ilə bağlı bir insan obrazını yaratmaq istəyirdim. Heydər Əliyev bir yazıçı üçün çox maraqlı obrazdır”.

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …