Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Hakimiyyət iqtidar-müxalifət dialoquna ümidlidir

Hakimiyyət iqtidar-müxalifət dialoquna ümidlidir

Uzun müddətdir ki, Azərbaycanda iqtidar-müxalifətdialoqu baş tutmur. Belə bir görüşün reallaşması üçüntərəflər hələ ki susqunluq nümayiş etdirirlər. Nəzərə alsaq ki, bu il Azərbaycanda prezident seçkiləri ilidir, o zamaniqtidar-müxalifət görüşü baş tuta bilərmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, bu gün iqtidar-müxalifət görüşünün keçirilməsi üçün elə bir mövzu yoxdur.

“Adətən seçki ilində iqtidar və müxalifət partiyaları hər biri ayrılıqda hazırlıq görür. Bu zaman hər bir siyasi qüvvə özünün resurslarını toplayaraq seçkidə qalib gəlməyə çalışır. Digər tərəfdən isə dialoq deyəndə təkcə görüş, dəyirmi masa başa düşülməməlidir. Dialoq bir atmosfer, mühitdir. Bu gün Azərbaycanda demokratik mühit formalaşıb. Hər bir siyasi qüvvə fikirlərini bildirə bilir, düzgün saydığı mövqeyini ortaya qoyur, polemika təşkil edir. Hansısa məsələyə özünün razılığı, ya da narazılığını bildirə bilir. Bunun özü artıq dialoqdur. Bu gün informasiya kommunikasiya texnologiyaları o dərəcədə inkişaf edib ki, hansısa bir məsələni müzakirə etmək üçün bəzən görüşə də ehtiyac qalmır. Birbaşa sosial şəbəkə vasitəsilə hər bir tərəf mövqeyini ortaya qoyur. Bu, normaldır. Hesab edirəm ki, Azərbaycan hökuməti həmişə demokratiyanın mövcud olmasına, sərbəst fikir söylənilməsinə daim səy göstərir. Xüsusi olaraq iqtidar müxalifət görüşünün keçirilməsinə bu gün elə bir mövzu yoxdur. Düzdür, müxalifət tərəfdən hər hansı görüş təklif olunarsa, yaxud da hansısa məsələnin müzakirəsi ilə bağlı təşəbbüs irəli sürülərsə belə görüş keçirmək mümkündür. Yenə təkrar edirəm ki, bütün demokratik respublikalarda seçki ilində hər bir siyasi qüvvə özünün hazırlığı ilə məşğul olur. Yeni Azərbaycan Partiyası özünü hakim partiya kimi deyil, sıradan qeydiyyatda olan partiyalar kimi aparır. Qarşıdan seçkilər gəlir. YAP öz üzvləri ilə seçkilərə hazırlıq prosesini keçirir. Belə olan təqdirdə qarşı tərəf görüş istəyərsə, bu, mümkündür”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə iqtidar-müxalifət görüşünün baş tutacağına ümidli olmadığını deyir.

“İqtidara dialoq lazımdırmı?! İqtidara dialoq lazım olanda bu baş tutur. Görünür, hələlik iqtidara dialoq lazım deyil. Ona görə də bu il iqtidar-müxalifət dialoqunun baş tutmasına güman etmirəm”

Həmçinin oxuyun

Mehri dəhlizinin qapısı Azərbaycana qaytarılacaq

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.Bu …