Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Hakim səhvləri həmişə olub, yenə də olacaq” – Ramin Musayev

“Hakim səhvləri həmişə olub, yenə də olacaq” – Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümü üçün püşaktma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

– Millinin oyunları ilə əlaqədar ölkə çempionatının matçlarında fasilə yaranacaq?

– Millinin baş məşqçisi Robert Prosineçki bizə hələ qrafik verməyib. Ehtiyac olsa, yığmaya görə çempionatda tez-tez fasilə yaratmağa hazırıq. Əsas millinin mənafeyidir. Biz Prosineçkinin xahişini yerinə yetirməliyik. Çünki çempionat milli komanda üçün keçirilir. Hər birimiz millinin bizi sevindirməsi üçün çalışırıq. Ona görə də yığmanın baş məşqçisinin dediklərini dinləməyə məcburuq. Sabah deməsinlər ki, uğursuzluğun günahkarı bizik.

– Hakimlər əvvəlki illərlə müqayisədə ölkə xaricində toplanış keçmədilər. Bu, onların çempionatdakı çıxışına mənfi təsir göstərməyəcək?

– Mətbuatdan oxuyuram ki, bəziləri hakimlərimizin getməməyini maddi durumla əlaqələndirdilər. Amma elə deyil. Referilərimiz getdikləri ölkədə oyun idarə etməyəcəklərsə, ora yollanmağın nə mənası var?  Bolqarıstan və digər ölkələrdən dəvət etdilər. Lakin yoxlama oyunlarının sayı cəmi 8 idi və bu sayda matça görə hakimləri xaricə göndərməyi lazım bilmədik. Hakim səhvləri həmişə olub, yenə də olacaq. Əsas odur ki, qərəz olmasın.

– Klublar ötən mövsümdən qalan borcları tam ödəyiblər?

– “Qarabağ”dan başqa bütün klubların borcu var.

– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanma şanslarını necə qiymətləndirirsiniz?

– “Qarabağ”ın qrupa düşməsində püşk böyük rol oynayacaq. Düşəcək rəqibdən çox şey asılıdır. Almaniya klubu düşsə, yazıq Qurban Qurbanov nə etsin? “Qarabağ” əvvəlki illərlə müqayisədə güclü olmasa da, nəticə qazanmağı bacarır. Qurban Qurbanovun da, Roman Qriqorçukun da işinə bələdik. Mən “Qəbələ” Polşa klubu ilə heç-heçə edəndə də demişdim ki, hələ ruhdan düşmək olmaz, orda gedib qalib gələcəyik. Elə də oldu. İnanıram ki, sabah “Panatianikos”u da keçəcəklər. “Qarabağ”a da uğurlar arzulıyram və inanıram ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna da düşəcək.

– Çempionatda yenə 8 komanda çıxış edəcək və onun yarısına AFFA sponsorluq edir. Bunda assosiasiyanın heç günahı yoxdur?

– Özünüz də bilirsiz ki, bütün dünyada böhrandır. Moldovalılar “Qarabağ”ın “Şerif”lə oyununu göstərməyə üçün 100 min manat tələb ediblər. Həmin pula Moldovanı almaq olar. Futbola gəlmək istəyən sponsor yoxdur, AFFA nə etsin? Bir dəfə futbola sponsorluq edənlərdən biri dedi ki, bu qədər pul yatırıram. Dedim ki, sənə ayrılan pul mənə ayrılsaydı, 5 dəfə artıq sərmayə qoyardım.

– Klubların oyunların yerini dəyişdirməyə icazə verilməsə, “Kəpəz” ilk dövrədə rəqiblərini harada qəbul edəcək?

– Buna özləri qərar verəcək. Bakı, Tovuz və Qazaxda oynaya bilərlər.

– “Xəzər Lənkəran” rəsmiləri “Ölkə futbolunun rəhbərliyi dəyişməyincə futbola qayıtmayacağıq” deyib…

– O sözü kim deyib? Mais Mənsimov, yoxsa Tuyqun Nadirov? Tuyqun Nadirov Rövnəq Abdullayev haqda o sözü deyə bilməz. “Xəzər Lənkəran” səhvi özündə axtarsın. Onların dedikləri düzdürsə, istefa verməyə hazıram. Daha əvvəl demişəm, yenə təkrar edirəm: “Bakı” və “Xəzər Lənkəran” gəlsə, onları dərhal Premyer Liqaya buraxarıq. Hətta sabah başqa bir sponsor olsa, lap püşkatmanı yenidən də keçirə bilərik (Sportnet.az)

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın