Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hakim qatil həkimi azadlığa buraxdı

Hakim qatil həkimi azadlığa buraxdı

Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsində bu gün sonuncu proses keçirilib.

 

Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, məhkəmə prosesində təqsirləndirilərək mühakimə olunan anesteziloq Firuz İbrahimova hökm oxunub.

 

Təqsirləndirilən Firuz İbrahimov cəzasını iki il məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Həkim bu cinayət hadisəsini birinci mərhələdə ehtiyatsızlıqdan törədibsə, ikinci hissədə təqsirləndirilən şəxs sənədləri saxtalaşdırma cinayətini qəsdən törədib. Bu səbəbdən cəzanın rejimi seçilərkən ümumi rejimli seçilməli və o, azadlıqdan məhrum edilməli idi.

 

Biz hökmdən narazı qaldıq. Bunu məhkəmə sədrinə də bildirdik. Hesab edirik ki, cəza adekvat deyil. Törədilmiş cinayət əməlinə uyğun cəza verilmədi. Cəza daha sərt olmalı idi və o, cəzasını ümumirejimli cəza çəkmə müəssisəsində çəkməli idi. Bu, çox ədalətsiz qərardır. Bu səbəbdən də apelyasiya şikayəti verəcəyik”.

 

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılmışdı.

 

2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

 

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlamışdı. Bu gün sonuncu proses keçirilib.

 

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunurdu. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

 

Hazırda F.İdrisov barəsində CM-nin 178.1-ci maddəsi ilə açılan cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatındadır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın