Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Süni tənəffüs aparatına qoşuldu

Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Süni tənəffüs aparatına qoşuldu

Bir müddət öncə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev evə buraxılsa da, səhhətindəki problemlər aradan qalxmayıb.

Siyasətçi açıqlamasında evdə müalicə aldığını, vəziyyətinin kafi olduğunu qeyd edib:

“Məni xəstəxanadan yenidən evə buraxıblar, hazırda evdə müalicə olunuram, oksigen (süni tənəffüs – red.) aparatına qoşulmuşam. Sizinlə çətinliklə danışıram. Çox sağ olun, axtardığınız üçün, Allah köməyiniz olsun”.

Qeyd edək ki, Hafiz Hacıyev bundan əvvəl Türkiyədə müalicə olunub.

Yenisabah

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …