Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Siyasət / Hafiz Hacıyevdən icra başçısına ittihamlar -“Bakıda 28-30 villası, xaricdə böyük imarətləri var”

Hafiz Hacıyevdən icra başçısına ittihamlar -“Bakıda 28-30 villası, xaricdə böyük imarətləri var”

Hafiz Hacıyev: “Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin bahalı maşınlarından tutmuş özünün hardasa qeyri-leqal saxladığı xanımların hər birinin 3-4 dənə villası var. Lazım olsa biz bu faktları ortaya qoya bilərik və prezidentə kömək edə bilərik”.
“Adil Vəliyevin hal-hazırda Sabunçuda və digər ərazilərdə 28-30 villası var. Xaricdə böyük imarətləri var. Özünün saxladığı qadınların hər birinin xaricdə mülkləri var”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son zamanlar ölkədə baş verən qalmaqallı həbsləri və Azərbaycan prezidenti İlham Əliyevin sahibkarlara açıq dəstək nümayiş etdirməsi fonunda bir çox nazirliklərə ciddi xəbərdarlıqlarını şərh edərkən bildirib. Partiyasının mövqeyini açıqlayan partiya sədrinin fikrincə bir çox nazirlər, həmçinin icra başçıları birbaşa talançılıqla məşğul olur və Azərbaycanın inkişafına əsas maneə olaraq çıxış edirlər:
“Cənab prezident çalışır ki, bu gün ölkədə sahibkarlar təbəqəsi geniş inkişaf eləsin və dövlətin inkişafında sahibkarların özlərinə xas olan ənənəsi bərpa olunsun. Bu ənənə bərpa olunmasa Azərbaycan iqtisadiyyatında sahibkarlığın rüşvətsiz, qərəzsiz inkişaf etməsində irəliləyiş olmayacaq. Neftdən heç vaxt daimi asılı vəziyyətdə qala bilmərik. Neftin qiyməti isə dünya bazarında çox sürətlə aşağı düşür. Ona görə də cənab prezidentin atdığı bütün bu  addımlar ətrafında olan, özünə düşmən etdiyi  məmurları cəzalandırması xalq naminə atılır.
Sahibkarlığın inkişaf etdirilməsi ölkənin inkişaf etdirilməsi deməkdir. Lakin bu günə kimi imkan vermirdilər. Cənab prezident çıxışlarında bunu dəfələrlə bildirib ki, sahibkarlara hər kəs bir haqq qoyub. Bütün qurumların hamısı, o cümlədən, MTN kimi bir qurum da ölkənin təhlükəsizliyi qoyub, sahibkarlara qənim kəsilmişdi.  Vergilər Nazirliyində əsassız yoxlamaların dayandırılması da böyük işdir. Bilmirəm buna əməl olunacaq, ya yox.
Biz bu hadisələrəi izləyib prezidentə dəstək olmalıyıq. Düşünürəm ki, prezidentdin atdığı addımları dəstəkləməliyik. Ancaq prezident gərək tək bir sahə yox, bütün sahələrdə kadr islahatları həyata keçirsin. İqtisadi islahatla kadr islahatları paralel getməlidir.
Elə məmurlar var ki, axşam evə 100 min aparmasa arvadı, uşağı onu evə qoymur. Bu bəlli olan məsələdir. Cənab prezident məmurların əlini rüşvətdən kəsməyə çalışır, amma bu çox çətindir. Çünki böyük müqavimətə rast gəlinir. Ona görə də sahibkarlığın inkişafı ilə bağlı prezidentin öz iradəsini ortaya qoymasını xalq alqışlayır. Lakin hansı formada yerinə yetirələcəyinə dair Azərbaycan xalqının və ictimaiyyətinin dəstəyi lazımdır. Gərək sahibkarlar da vicdanla işləsinlər, yaltaqlanmasınlar, vaxtlı vaxtında vergiləri ödəsinlər. Hansısa məmurla gizli müqavilələr bağlamasınlar.
 
Hafiz Hacıyev: “Məmur var ki, gedib Gürcüstanda hotel tikdirib. O hotelin milyardlarla dəyəri var. Adama deyərlər, aldığın əmək haqqı 700 manatdırsa, necə bu qədər malikanələr tikə bilirsən?”
Hakimiyyətdə layiqli nazirlər də var. Məsələn, Fövqaladə Hallar naziri (FHN) insanların qayğısına qalan insandır. İnciyən təbəqənin yanındadır, xalqa böyük xidmətləri olan nazirdir. Bunu o biri nazirlər edirlərmi? Etmirlər. O biri nazirlər bu gün Azərbaycanın milyardlarla pulunu xaricə çıxarırlar. Bunun qarşısı qətiyyətlə alınmalıdır.
Düzdür, bir neçə generallar fərmanla vəzifəsindən çıxarılıb, həbs olunublar. Elə nazirliklər var ki, prezidentin dinləmələri ilə məşğul olurlar. Onlarda bu işlə məşğul olduqlarına görə cavab verməlidirlər. Yəni bu sahədə çox ağrılı proses gedir. Düşünürəm ki, müəyyən irəliləyişlərin olması üçün Azərbaycan hökümətinə iradəli insanlar lazımdır. Lakin iradəli insanlar çox azdır. Birinin adını çəkdim, amma ikinci elə bir adam ağlıma gəlmir ki, adını deyim. Bu yaltaqlıq kimi qəbul edilməsin. Mənim heç kim yanında gözü kölgəliyim yoxdur. Sadəcə işləyən adama qiymət verməliyik.
İkinci elə bir nazirlik tanımıram ki, onun qədər prezidentə kömək etməyə  çalışan olsun. Rayon icra başçılarının əllərini də kəssən,  göz-qaş edib o pulları yığacaqlar. Azərbaycanın bu vəziyyətdən çıxarılması üçün prezidentə dəstək olmalıyıq. Əgər bu gün müxalifət kimi  prezidentə qarşı hansısa bir addım atılsa, prezident təklənəcək və rüşvətxor məmurlardan dəfələrlə dediyi kimi, bezəcək.
Biz partiya daxilində informasiya qəbul edən qrup yaratmışıq. Bu qrupa və rayon təşkilatlarımıza daxil olan informasiyalara görə, prezidentin son müşavirəsindən sonra bəzi məmurlar prezidentin əleyhinə işləmək barədə qərar veriblər və işləyirlər. Bunun qarşısının alınması üçün siyasi partiyalar bir olmalıdırlar.
Hafiz Hacıyev: “Kababçı ölkədə milyardlara sahib olub, icra başçısı olub. Amma xalqı qəbul etmir. Onları incidir”.
Mənim demək istədiyim odur ki, bir nazirlikdə baş verən hadisələrlə Azərbaycanda korrupsiyanın kökünü kəsmək, xalqa-prezidentə qaqrşı olan təxribatların qarşısını almaq olmaz. Çünki bütün nazirliklərin əksəriyyəti elədir. Hansı nazirliyə getsək, prezidentdən narazılıq edirlər. Niyə? Bizdə nazirliklərlə, nazirlərlə bağlı çox ciddi faktlar var.
Elə nazirlər var ki, şəhərin mərkəzində böyük villası var. Qiyməti hardasa 30-40 milyon manatdır. Soruşmaq lazımdır ki, bunu hardan alıb? Məmur var ki, gedib Gürcüstanda hotel tikdirib. O hotelin milyardlarla dəyəri var. Adama deyərlər, aldığın əmək haqqı 700 manatdırsa, necə bu qədər malikanələr tikə bilirsən?
İcra hakimiyyəti tanıyıram ki, Azərbaycanda yüzlərlə obyekti var. Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin  bahalı maşınlarından tutmuş özünün hardasa qeyri-leqal saxladığı xanımların hər birinin 3-4 dənə villası var. Lazım olsa biz bu faktları ortaya qoya bilərik və prezidentə kömək edə bilərik.
Özü kabab bişirə-bişirə buna nail olub. Kababçı ölkədə milyardlara sahib olub, icra başçısı olub. Amma xalqı qəbul etmir. Onları incidir. İnsanlar prezidentin tapşırığını yerinə yetirməyəndə biz nə etməliyik? Üsyan etməliyik.
Adil Vəliyevin hal-hazırda Sabunçuda və digər ərazilərdə 28-30 villası var. Xaricdə böyük imarətləri var. Özünün saxladığı qadınların hər birinin xaricdə mülkləri var. Ona görə də düşünürəm ki, bildiyimizi prezidentə çatdırmalıyıq. Adil Vəliyev kimi icra başçıları bilsinlər ki, biz hər zaman prezidentin apardığı kursu dəstəkləmişik. Düşünürəm ki, ciddi islahatlar getməlidir.
Rəhmətlik Heydər Əliyev bir dəfə dedi ki, “Bu prokurorluğun aynasını açın, qoy havalar dəyişilsin”. Onu dəyişəndən  sonra müəyyən işgüzar mühit yarandı. Bu gün bir sıra nazirliklər var ki, onların naftalin iyini kəsmək üçün təmizləmək lazımdır. Onları hakimiyyətdən kənarlaşdırıb, yeni iqtisadi-siyasi biliyə malik insanları cəlb etmək lazımdır.
 
Hafiz Hacıyev: “Biz Müasir Müsavat Partiyası olaraq hər şeyi prezidentə çatdıracağıq”
Niyə müxalifətdə olan ləyaqətli  insanlardan hakimiyyətdə istifadə olunmasın? Niyə ölkədəki bugünkü narazılığı ardan götürmək üçün  iqtidar-müxalifət dialoqu başlamasın? Biz bunun tərəfdarıyıq.
Bugünkü komandayla Azərbaycanı irəliyə aparmaq mümkün deyil. Bugünkü komandanı biraz küncə sıxışdıranda  prezidentə şər atmaqdan ötrü müəyyən vasitələrə əl atırlar. Bunun bariz nümunəsini generalların tutulmasında gördük.
Digər nazirliklər də yoxlanılsa, belə biabırçı nüanslar üzə çıxar. Hər halda Müasir Müsavat Partiyası prezidentin yanındadır. Ölkə prezidentinə xəyanət edən insanların qənimi Müasir Müsavat Partiyası bu gün də öz mövqeyində durur. Bizim imkanımız var ki, ölkədə baş verən ən neqativ halları prezidentə çatdıraq və tədbir görülsün. Prezidentdən nəyi də dansalar, biz Müasir Müsavat Partiyası olaraq hər şeyi prezidentə çatdıracağıq”
moderator.az

Həmçinin oxuyun

Elçibəyin sabiq silahdaşı müxalifət liderlərini topa tutdu

Elçibəy onlara “adam olun” deyərdi Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin yaxın silahdaşı Cahandar Bayoğlu müxalifət …

Bir cavab yazın