Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Siyasət / Hafiz Hacıyev Xankəndiyə mer təyin olunur? – AÇIQLAMA

Hafiz Hacıyev Xankəndiyə mer təyin olunur? – AÇIQLAMA

“Xankəndi Azərbaycanın suveren ərazisidir və Azərbaycan rəhbərliyi bu əraziyə mer kimi istəsə, onu da təyin edəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib. 

Partiya sədri bildirib ki, Xankəndiyə mer təyin etmək Azərbaycanın legitim hüququdur:

“Hazırda suverenliyimiz orada tam bərpa olunmayıb. Amma, təyinat məsələsi başlayanda Azərbaycan hakimiyyət ora uyğun bir adamı təyin edəcək. 

Əlbəttə ki, Xankəndiyə təyinatı kim verəcəksə, bu məsələdə onun fikirləri önəmlidir. Hər halda təyinat olunanda bəzi kriteriyalar var ki, onlar nəzərə alınacaq. 

Əgər Hafiz Hacıyev o kriteriyalara cavab verirsə, əlbəttə ki, təyin olunsun. Nə ziyanı var? 

Xankəndi merliyinə təyin olunacaq insanın kriteriyalarından çox şey asılıdır. Həmin kriteriyalara cavab verən istənilən şəxs mer təyin oluna bilər”.

Həmçinin oxuyun

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı …