Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / Hafiz Hacıyev: “Vladimir Jirinovski avaranın biri idi, ölməli idi”

Hafiz Hacıyev: “Vladimir Jirinovski avaranın biri idi, ölməli idi”

“Vladimir Jirinovski avaranın biri idi, ölməli idi”.

Bu sözləri Azxeber.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev rusiyalı siyasətçi Vladimir Jirinovskinin ölüm xəbərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Rusiya çökmək ərəfəsindədir və Jirinovski kimi siyasətçilər az müddət sonra ölkədən qaçacaq:

“O, rus imperiyasının yaşaması üçün, dövlətlərə təcavüz etmək üçün Putinin əvvəlcədən danışan dili idi. Ona deyirdilər, o da deyirdi, ictimai rəy hazırlayırdılar. Putinin indi partiyası var, partiyadan belə təlxəklər çox olacaq. Rusiya artıq çökmək ərəfəsindədir, imperiyaların axırı həmişə pis aqibətlə qurtarır. Ona görə də Rusiyanın başqa dövlətlərə təcavüz edib torpaqlarını artırmaq, işğalçılıqla məşğul olmaq məsələsi yekunlaşmaq üzrədir. Nə qədər Jirinovski kimilər olur-olsun, artıq Rusiya çökür, ruslara dünyada etibar qalmayıb”.

Hafiz Hacıyev daha sonra qeyd edib ki, Rusiya özünü işğalçı ölkə kimi tanıdıb:

“Bu, işğalçı dövlətdir. Onun da başında Putin dayanır. Rusiya parçalanacaq, o zaman Jirinovski kimilər də heç qalmayacaqlar orada, ola bilər, hamısı qaçıb getsin. Rusiya işğalçı dövlət kimi özünü tanıtdı. Bunlar hamısı dünyada təhlil olunur. Azərbaycanda Xocalı soyqırımını törədən ruslar olmadılarmı? Bunlar hamısı göz önündədir. Ona görə də Rusiyada Jirinovski kimilərin yetişməsinin də heç bir əhəmiyyəti yoxdur”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …