Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Hafiz Hacıyev prezident seçilərsə onları vəzifələrindən azad edəcək – Siyahıda Artur Rasi-zadə də var

Hafiz Hacıyev prezident seçilərsə onları vəzifələrindən azad edəcək – Siyahıda Artur Rasi-zadə də var

Xəbər veriyimiz kimi, dünən Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev seçkilərdə qalib gələcəksə, Razi Nurullayevi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyini bildirib.

Unikal.org xəbər verir ki, bu çıxışdan sonra Hafiz Hacıyev prezident seçiləcəyi təqdirdə kimləri nazir postuna təyin edəcəyini açıqlayıb. Açıqlanan adlar arasında indiki hakimiyyətdə təmsil olunan şəxslər də var:

“Respublikanın baş prokuroru vəzifəsinə Qüdrət Həsənquliyevi təyin edəcəm. O, cavan oğlan, hüquqşunas, işləmə potensialı yüksəkdir. Niyə Qüdrət geridə qalmalıdır? Məsələn Səhiyyə naziri vəzifəsində Sərdar Cəlaloğlunu görürəm. Müdafiə naziri postuna ən layiqli namizədim indiki Zakir Həsənovdur. Ordumuzu yüksək şəkildə qurub, idarə edir. Onun əziyyətləri çoxdur, ona görə də işləməlidir. Dövlətçiliyə ən sadiq, xalqına sədaqətli məmurlardan ən öndə gələni Ramil Usubovdur. Onun səriştəsi çoxdur. Prezident seçilərəmsə, Ramil Usubovu Daxili İşlər naziri vəzifəsində saxlayacam. Təhsil Nazirliyinə rəhbərliyi Abel Məhərrəmova həvalə edəcəm. Ona görə ki, Abel müəllim təhsili çox güclü bilir, təcrübəsi böyükdür. Mən düşünürəm ki, ondan yaxşı təhsil naziri olar. Təhsilimizdə olan nöqsanları aradan qaldırmaqda onun potensial imkanları var. Allahu təala mənə prezident olmaq imkanı verərsə Şahin Mustafayevi də İqtisadiyyat naziri vəzifəsində saxlayacam.

Hafiz Hacıyev bildirib ki, prezident seçiləcəyi təqdirdə ilk qan udduracağı adam Artur Rasi-zadə olacaq:

“Hakimiyyətə gələcəyim təqdirdə ilk qan udduracağım şəxs Artur Rasi-zadə olacaq. Artıq Artur müəllim qocalıb və ayaqüstə dura bilmir. Yəqin ki, ona o biri dünyada yer verərlər. Onun mənim quracağım hökümətdə yeri yoxdur. Artur Rasi-zadə bugün-sabahlıqdır. Onun artıq işləməyə hayı yoxdur.”

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …