Şənbə , Yanvar 16 2021
Ana səhifə / Siyasət / Hafiz Hacıyev ianə toplayır

Hafiz Hacıyev ianə toplayır

“Müasir Müsavat Partiyasının yerləşdiyi qərargahın kirayəsini karantin dövründə ödəyə bilmədik. Bizi qərargahdan çıxartmağa çalışırdılar. İndi imkanlı üzvlərimizdən ianələr toplayırıq, ayın əvvəli, üzvlük haqqının yığılması başlayacaq. Hər halda kirayə haqqını sahibkara çatdıracağıq”.

Bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, karantin rejimi yumşaldılandan sonra partiya üzvləri ofisə gedib gəlir:

“Əsas bu aralar qurultayımızın keçirilməsinə güc veririk. Rayon təşkilatlarında bu məqsədlə konfranslarımız keçiriləcək.

Koronavirus pandemiyası ilə bağlı hökumətə təkliflərimizi də təqdim etmişdik. Dövlət bu dönəmdə çoxşaxəli işlədi və qeyd olunan təkliflərin hər biri nəzərə alındı. İlk növbədə bərbərxanaların açılması, iaşə müəssisələrinin açılması, 65 yaşdan yuxarı şəxslərin işə buraxılması və s. ilə bağlı təkliflərimiz hökumət tərəfindən reallaşdırıldı”.

Həmçinin oxuyun

Afsəddin Nəbiyev: “Biz “xəstə təfəkkürlə” sağalmaz bəlaya düçar olmuş toplumla üz-üzəyik”

Azərbaycan hökuməti işğaldan azad olunmuş Suqovuşan kəndindəki “Suqovuşan-1”, “Suqovuşan-2”, Laçın rayonunun Güləbird kəndindəki “Güləbird” su …