Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / Hafiz Hacıyev: “Hacıbala Abutalıbov həbs edilməlidir”

Hafiz Hacıyev: “Hacıbala Abutalıbov həbs edilməlidir”

Partiya sədri: “Zamanında ayrılan milyardlarla vəsaitin kimlər tərəfindən mənimsənildiyi araşdırmalıdır və onlar barəsində cəza tədbirləri görülməlidir”
Bu fikirləri Müasir Müsavat Partiyasınn sədri Hafiz Hacıyev bir neçə gündür yağan yağışın Bakıda yaratdığı fəsadlara münasibət bildirərkən  qeyd edib.
Qeyd edək ki, son 3 gündə yağan yağışlar Bakıda çox acınacaqlı vəziyyət yaradıb. Məlumdur ki, son 10 ildə Bakıda yolların, körpülərin, tunellərin tikintisinə milyard manatlarla vəsait cəlb olunub. Buna baxmayaraq hazırda Bakı şəhərində kanalizasiya sahəsində vəziyyət o qədər acınacaqlıdır ki, bunu sözlə belə ifadə eləmək olmur. Lakin 4 milyona yaxın insanın yaşadığı Bakı şəhərində yaranmış bu vəziyyətə görə isə heç kim məsuliyyət daşımaq istəmir. Hələ qış gəlməmiş Bakıda yaranan bu vəziyyətə görə hansı məmurlar məsuliyyətə cəlb olunmalıdır?
Bu mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.
Hafiz Hacıyev: “Qış gəlməmiş nə qaz, nə işıq var, yağış yağıb deyə kanalizasiyalar daşır”.
Bakıdakı acınacaqlı vəziyyətin yaranmasında Hacıbala Abutalıbovu günahkar görən Hafiz Hacıyevə görə, aidiyyatı qurumların və şəxslərin laqeydliyi höküməti də xalqın gözündən salır:
“Bakıda yaranmış acınacaqlı vəziyyət çox ciddi bir məsələdir. Bakıda adi bir yağışın yağmasından sonra şəhərin iflic olması aidiyyatı qurumların vaxtilə ayrılmış vəsaitləri mənimsəməsini göstərir. Düşünürəm ki,  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov həbs edilməlidir. Ona görə ki,  Bakı şəhərinə birbaşa məsuliyyət daşıyan insan məhz odur. Kanalizasiyalar çəkildiyi zaman nəzarət etməli idi. İndiki şəraitdə maşınların yollarda suyun içində qalması, bəzi məhəllələri suyun basması insanlar arasında böyük narazılıq yaradır. Bu narazılıq xalq arasında lətifə şəkilində danışılır. Bu isə ölkənin imicinə zərbə vurur.
 
Hafiz Hacıyev: “İndiki şərait bir daha onu göstərir ki, Bakı şəhərinin meri öz yerində deyil”.
Bakıda yağışın, qarın yağması şəhərin iflic olması demək deyil. Sadəcə olaraq zamanında ayrılan milyardlarla vəsaitin kimlər tərəfindən mənimsənildiyi araşdırmalıdır və onlar barəsində cəza tədbirləri görülməlidir. İndiki şərait bir daha onu göstərir ki, Bakı şəhərinin meri öz yerində deyil. Hal-hazırda yaranan iflic bir neçə illərdir ki, mövcuddur. Ölkədəki infrastrukturların çoxunun taleyi belədir. Dünyanın hər yerində yağış da, qar da yağır, amma heç vaxt Bakı kimi iflic olmurlar. Fikrimcə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır və hələ qış gəlməmiş bu şəraitin yaranmasına cavabdeh olan şəxslər cəzalandırılmalıdır. Çünki qış gəlməmiş nə qaz, nə işıq var, yağış yağıb deyə kanalizasiyalar daşır. Bu isə xalq arasında inamsızlıq yaradır”.(pia.az)

Həmçinin oxuyun

“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir…”

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdəki çıxışı nəinki Azərbaycanda, elə düşmən ölkənin …

Bir cavab yazın