Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Hadı Rəcəbli əlinə “lapatka” alıb qaydaları belə pozdu – Foto

Hadı Rəcəbli əlinə “lapatka” alıb qaydaları belə pozdu – Foto

Namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülən Hadı Rəcəblinin təbliğat-təşviqat kampaniyasının asan keçmədiyi, seçicilərin nümayişkaranə şəkildə ona etimadsızlıq göstərmələri haqda məlumatlar daxil olur.

Hadı Rəcəblinin hətta böyüyüb boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndinindən belə səs alacağı şübhəli görünür. 

Əleyhinə olan ictimai rəyi xeyrinə dəyişmək üçün isə deputatlığa namizəd Seçki Məcəlləsinin müvafiq bəndini pozmaqdan belə çəkinməyib. Belə ki, o seçicilərin səslərini almaq üçün dağ kəndi Bəletona yol çəkməsi haqda məlumatları dövriyyəyə buraxıb.

Göründüyü kimi adıçəkilən kənd yollarının Lənkəran rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir edilməsinə baxmayaraq Hadı Rəcəbli bu işi öz adına yazmaqla itirmiş olduğu nüfuzunu bərpa etməyə çalışır.

Fotolardan da göründüyü kimi Hadı Rəcəbli əlinə bel, külüng alaraq icra hakimiyyətinin gördüyü işlərdən özünün təbliğatı üçün istifadə etməyə uğursuz cəhd göstərib.

Fotoları diqqətinizə təqdim etməklə qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk.(Sfera.az)

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …