Bazar , Avqust 25 2019
Ana səhifə / Siyasət / Hacıyevin birinci müavini ifadə verdi – “Dünyaminin təşkilatına kreditlər verilirdi”

Hacıyevin birinci müavini ifadə verdi – “Dünyaminin təşkilatına kreditlər verilirdi”

Azərbaycan Beynəlxalq Bankı” Açıq Səmhdar Cəmiyyətinin sabiq sədri Cahangir Hacıyevin birinci müavini olmuş Emil Mustafayev “Globus Plaza”nın sahibi, keçmiş deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə aparılan istintaqa cəlb olunub.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda bankın İdarə Heyəti sədrinin müşaviri olan E.Mustafayev şahid qismində dindirilib.

O bildirib ki, 2011-ci ilin sentyabr ayından 2015-ci ilin mart ayına kimi həm də Kredit Komitəsinin sədri olub: “Cahangir Hacıyevin göstərişi ilə onun yaxın adamı Dünyamin Xəlilovun idarə etdiyi təşkilata kreditlər verilirdi. Xaricdən vəsaitlərin cəlb olunması məqsədilə şirkətlərin yaradılması və Beynəlxalq Bank vasitəsilə xaricdə həyata keçirilən layihələrin maliyyələşməsindən xəbərim olmayıb. Mən Dümyamin Xəlilova heç bir göstəriş verməmişəm. Yalnız Cahangir Hacıyevin verdiyi göstəriş və tapşırıqlar əsasında Dünyamin Xəlilovun idarə etdiyi təşkilatlara kredit və ya kredit hesabına akkreditiv əməliyyatlarının aparılması ilə bağlı Kredit Komitəsinin qərarlarını rəsmiləşdirmişəm. 30 nəfər fiziki şəxsin kredit borclarının ödənilməsi barədə göstəriş mənə idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev tərəfindən verilib. Mən də həmin şəxslərin kredit borcunun 5 nəfər fiziki şəxsə ayrılmış kredit hesabına bağlanması ilə əlaqədar Cahangir Hacıyevin göstəriş verməsini həmin dövrdə mərkəz filialının müdiri İlqar Abdullayevə və sədrin yaxın adamı Dünyamin Xəlilova bildirmişəm.

Cahangir Hacıyevin göstərişinə əsasən “İnter Tekstil” Açıq Səhmdar Cəmiyyətinə ayrılan kreditlər hesabına həmin cəmiyyətin işçilərinin kredit borcu ödənilib. “Aqora” və “Kondor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə kredit hesabına akreditivlər 2007-ci ildən başlayaraq açılıb. Həmin açılan akreditiv məbləğlərinin hamısı “Oceanstream” İNC şirkətinin xaricdə olan hesablarına köçürülüb. Həmin pulların Dünyamin Xəlilovun nəzarətində olan “Oceanstream” İNC şirkətinin xaricdə olan hesablarına köçürülməsi barədə göstəriş Cahangir Hacıyev tərəfindən verildi”.

Həmçinin oxuyun

“Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir”

Bir neçə saat bundan öncə Moderator.az-da ermənilərin Tələt Paşaya qarşı etdiyi ağılasığmaz şərəfsizliyi ilə bağlı …

Bir cavab yazın