Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / Hacıyevdən hüquq müdafiəçisinə mesaj: “Sifarişli hərəkətdir…”

Hacıyevdən hüquq müdafiəçisinə mesaj: “Sifarişli hərəkətdir…”

İctimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. 
B. Hacıyev iclasdan sonra vəkili Aqil Layıc vasitəsilə hüquq müdafiəçisi Novella Cəfəroğluya mesaj göndərib. 
Belə ki, o, N. Cəfəroğlunu şayiə yaymaqda ittiham edib. Belə ki, iddiaya görə, N.Cəfəroğlu Bəxtiyar Hacıyevin Vətən müharibəsi ərəfəsində orduya yardım üçün Soros fondundan bir milyon dollar aldığını bildirib.
Bu barədə A. Layıc sosial şəbəkə hesabında yazıb:
“İnsan haqlarını müdafiə eləyə bilmirsən, barı şayiə yayma. Orduya yardım kampaniyası insanlarımızın ciblərindən kəsərək verdiyi yardım hesabına maliyyələşib, Soros Fondu tərəfindən deyil. Ən həssas dönəmdə insanlarımızın həmrəylik nəticəsində ordunun yanında olmalarına kölgə salmaq sadəcə ədəbsizlikdir və sifarişli hərəkətdir…”
N.Cəfəroğlu ittihamlara həmin statusun şərh bölümündə cavab verib. O bildirib ki, belə söz deməyib. Hüquq müdafiəçisi kiminsə onun adından istifadə etdiyini qeyd edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …