Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / «Hacıbala Abutalıbovun özünü zurna-balabanla yola salacağıq» – Partiya sədri

«Hacıbala Abutalıbovun özünü zurna-balabanla yola salacağıq» – Partiya sədri

«Hacıbala Abutalıbovdan bundan başqa bir əməl gözləməyə dəyməz. Bu adamın ağlı, savadı olsaydı, indiyə kimi elədiyi hərəkətləri eləməzdi».

Bu fikirləri MMP sədri Hafiz Hacıyev Bakı meri Hacıbala Abutalıbovun villaların sökülən əraziyə ansambl gətirməsinə münasibət bildirərkən deyib. Partiiya sədri bildirib ki, Hacıbala Abutalıbov bu hərəkətləri ilə həmin vəzifəyə layiq olmadığını göstərir: «Mən dəfələrlə bu adamın psixoloji probleminin olduğunu demişəm. Ölkə başçısı ona iş tapşırır, amma o, konsert qurur, zurna-balaban gətirir. Amma unutmasın ki, bu gün kiməsə zurna-balaban çaldırırsa, sabah onun özü üçün də zurna çalan tapılacaq. Hacıbala Abutalıbovun özünü zurna-balabanla yola salacağıq. Hesab edirəm ki, ölkə başçısının imicinə zərər vuran Hacıbala Abutalıbov kimi məmurlar istefaya gördərilməlidir. İş tapşırıblar, normal şəkildə işini gör. Nə məzhəkə düzəldirsən? Ağlı olmayan adamdan nə desən gözləmək olar».

MMP sədri onu da nəzərə çatdırıb ki, H.Abutalıbov cəmiyyətə yalan danışır, kameralar qarşısında rola girir: «Özünü aktyorluğa qoyub. Gah dizini yerə qoyub ağlayır, gah onun-bunun üzündən öpür, gah da gic-gic açıqlamalar verir. Əgər belə villa sökənsənsə, get birinci, öz villanın sök. Yaxşı olar ki, başını aşağı salıb, adam kimi işini gör. Yoxsa, sən zurna-balaban gətirmisənsə, biz də sənin arxanca qaval çaldırarıq».

Sonda H.Hacıyev Abutalıbov kimi məmurların təcili hakimiyyətdən uzaqlaşdırmağın vacibliyini vurğulayıb: «Bu adamlar hakimiyyətə, proezidentə zərbə vurmaqla məşğuldurlar. Hacıbala Abutalıbov, alabalar tezliklə istefaya göndərildməlidir. Özü də Hacıbala Abutalıbov işdən çıxarılan kimi həbs olunmalıdır. Onun oğlunun və özünün bağlı olduğu vəhhabilərlə qanunsuz işbirlikləri araşdırılmalıdır. Bu məsələyə ötəri baxmaq olmaz. Biz də partiya kimi bu məsələdə prezidentin yanındayıq».

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın