Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Hacıbala Abutalıbov Yasamalda eyvanları sökür

Hacıbala Abutalıbov Yasamalda eyvanları sökür

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülsün.

Bu ünvanda yaşayan sakinlər isə deyir ki, tikili qanunidir və bununla bağlı elə icra hakimiyyətinin verdiyi müvafiq qərar əllərindədir.

Bizimyol.info bildirir ki, artıq binanın eyvanında olan sənədsiz tikililər sökülür. İcra hakimiyyəti bu işləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqələndirir.

H.Abutalıbov söküntü işlərinin başa çatması üçün 2 saat vaxt qoyub.

Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi hazırda söküntü ərazisindədir. Sakinlər ona əlavə tikili ilə bağlı icra hakimiyyətinin sənədlərinin sürətini təqdim ediblər. Bu barədə merə məruzə olunduqdan sonra o, sənədsiz tikililərin sökülməsində israrlı olduğunu deyərək, sənədli tikililərlə bağlı məsələyə bu gün iş saatının sonuna qədər baxılacağını bildirib.

Sakinlər deyirlər ki, evlərinə bitişik olan əlavə tikililər sökülərsə evlərini tərk etməyəcəklər. Onlar sənədli tikililərin sökülməsini qeyri-qanuni hesab edirlər.

Həmçinin oxuyun

“Bağlı qapılar arxasında qurulan planlar…” – Ərdoğandan şok Qarabağ açıqlaması

“Türkiyə etdiyi həmlələrlə əsrlərdir müstəmləkəçilik üzərində qurulmuş düzəni kökündən sarsıdır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib …

Bir cavab yazın