Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / Hacıbala Abutalıbov Qüdrət Şükürovun əliylə pul silirmiş – DETALLAR

Hacıbala Abutalıbov Qüdrət Şükürovun əliylə pul silirmiş – DETALLAR

Qızına 400 min dollarlıq toy edən “pulyığan” məmurun hələ də vəzifədə qalmasının səbəbi üzə çıxır

Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Bakı Lift-Təmir İstehsalat Birliyindən məlumat verilib.

Unikal.org-un məlumatına görə, Qüdrət Şükürovu himayə edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olduğundan hələlik onunla bağlı sərt qərar verilmir. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Q.Şükürov uzun illərdir ki, Hacıbala Abutalıbovun əsas “pulyığan”larından biri kimi fəaliyyət göstərib. O təkcə rəhbəri olduğu qurumdan toplanan vəsaitləri deyil, BŞİH-nin tabeçiliyində olan digər qurumlar üzrə də Abutalıbovun qeyri-rəsmi kuratoru olub. Onun Bakıda toplanan böyük vəsaitlərin merə çatdırılması funksiyası nəticəsində özünə də böyük imkanlar yaradıb. Təbii ki, belə bir şəxsin qızına 400 dollarlıq toy etməsi təəəccüblü deyil.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov 2016-ci ilin dekabr ayında qızına ikinci dəfə toy edib. 400 min dollara başa gələn toy cəmiyyətdə böyük rezonans doğurub.

Onu da deyək ki, hələ 3 il əvvəl prezident İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlər mətbuatın müzakirə predmetinə çevrilib. Dövlət başçısının həmin çıxışında toxunduğu problemlərdən biri də təbdəbəli ziyafət, məmurların öz övladlarına təmtəraqlı toy etmələri ilə bağlı idi. “Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr – bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”,- deyə ölkə başçısı bildirmişdi.

Bundan sonra məmurların bahalı toylar, ad günləri təşkil etməsi xeyli səngimişdi. Amma belə görünür, hələ də dəbdəbəli mərasimlərdən əl çəkə bilməyən vəzifəlilər var. Sonuncu dəfə isə bu siyahıya Qüdrət Şükürovun adı daxil olub.

Əksəriyyət adıçəkilən məmurun vəzifəsindən azad ediləcəyini gözləsə də, bu, hələlik baş verməyib. Görünən odur ki, Qüdrət Şükürov həmin vəzifəyə 2012-ci ildə paytaxt meri Hacıbala Abutalıbovun əmri ilə təyin olunub. O, bu postda olduğu 5 il ərzində müsbət addımları ilə yadda qalmasa da, mer tabeliyindəki qurumun rəhbərini vəzifəsində saxlamağa üstünlük verib.

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …

Bir cavab yazın